Xəzər Süleymanlı - Bir qız baxar pəncərəmə
Buludların qarışığı, Göy üzünün yaraşığı... Gecə düşər ay işıgı, Ulduz baxar pəncərəmə... Səhər buludlar ağlayar, Asimanı qucaqlayar. Günəş ayı soraqlayar, Yalqız baxar pəncərəmə... Bu yuxumu,yoxsa gerçək?! Ya arzudur, ya da istək. Yenə gecə səhərədək, Bir qız baxar pəncərəmə... Bu qız gedər geri dönməz. Yaxınlaşanda görünməz. Nə danışmaz,nə də dinməz, Səssiz baxar pəncərəmə...
Şiir
Ağlayar qəlbim üzüm gülsə də, hərdən sənsiz, Qınama, məndə fərəh zahiri, qəm daxilidir... Pünhan Azim
Edebiyat
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Keçən ömür.
Nə vaxtsa qocalsaq, nə vaxtsa ölsək Həyat istəkləri, həyat arzusu Bir quş nəfəsində, bir çay səsində Gizlənmiş həqiqət, gizlənmiş doğru. Qaçmaz taleyindən, qaça da bilməz, Bir quşa da dönüb uça da bilməz. Qan ağlayar ürəklər güllə səsindən, Amma bir eşq nəfsində sağala bilməz. Gülən gözlərdəki incə sədaqət, Bahalı evlərdə ucuz məhəbbət, Məhbus pəncərəsinə dolan şəfəq tək Bircə gün unudub tərk edə bilməz. İndi unudulmur, keçsə də zaman, Örtsə də üstünü həsrətin tozu, Bircə incə baxış yetərdi ancaq, "Səhvlər bağışlanmır" — demişdi özü. İndi nağıl tək gəzirəm səni, Bəlkə sağsan hələ, uzaqlardasan. Sənsiz keçən həyat ömür-gün deyil, Sanıram hələ də röyalardasan. Tapmasam da səni bircə dəfə, Oxuyub qurtardım neçə səfili. Dillər dolaşıb daşatana döndü, Nəğməsi qalacaq neçə əsrlik.
Ay oğlum, Utanma, ağla ürəkdən. Kişi də ağlayar, kişi də gülər Gülməyə öyrəşən bir çox qadını, Ağlaya bilməyən kişi öldürər.
Yalniz oturmuşdu. Ağlinda milyonlarca fikir, sual, qəlbi milyardlarca hissəyə ayrilmiş şüşə qiriqlari kimi. Düşünməmək üçün bütün gün telefonla oynasa da, səsi sonuna qədər açiq musiqiyə qulaq assa da, bu səfər elə olmamişdi. Bu səfər daha fərqli idi. Çox böyük idi. Daha çox ağridirdi, qəlbin o balaca parçalari bir daha ən xirda hissələrə ayrilmişdi. Boş baxirdi, ama həmişəki kimi boş yox. Dibsiz boşluq baxirdi. Yox, gözləri dibsiz boşluğa bənzəyirdi. Qəhvəyi gözlər o dibsizliyin qaranliğina bürünmüşdü. Bu dəfə nə dava olmuşdu, nə də qişqiriq, dalaşmaq. Bu dəfəki səssiz savaş kimi idi. Yox savaş deyildi. Savaş uzun olur. Bu, bir neçə saniyə içində hər şeyin məhv oluşu idi. Həm də səssizcə, susqunca. Hər iki tərəf eyni hissləri keçirirdi, bəlkə də yaniliram. Gedənin gözləri doldu, qizardi. Bu, ikinci idi. Qalanin isə artiq ona göstərəcək göz yaşi yox idi. Gözlərindəki qaranliq boşluğu var idi. Gedən o qədər haqsiz idi ki. Amma qalana haqli ya da haqsiz olmaq maraqlandirmirdi. Sadəcə 19 illik sevgisinin qarşiliğini görmək istəmişdi. Çox şey istəmişdi? Ona olan sevgisini, heyranliğini hami deyirdi. 19 il sevdi, ona çəkdirdiklərini görsə də, sanki sevgisi ona boş verməyə, yenidən onu sevməyə məcbur edirdi. Indi anlamişdi. 20 yaşina girəndə, 60 yaşina girirmiş kimi olduğunda anlamişdi. Anlamişdi ki, hamidan çox sevdiyi ata onu heç sevməyib. Düşündükdə uşaqliqdan ətrafinda pərvanə olduğu atasi onu neçə dəfə ağlatmişdi. Son olanlar açdi o uşaq gözlərini qizin. Çox zorla bağli saxladiği o gözlərini atasi bağirda-bağirda açmasini sağladi. Halbuki ondan heç nə yox, tək sevgi istəmişdi. Canindan çox sevirdi, ötəsi var? Adi çəkiləndə gözləri elə parildayardi ki, hər kəs onun atasina sevgisindən danişardi. Müəllimləri belə. Indi gedirdi atasi. Görüşüb-görüşməmək arasinda qalmişdi.
Qəribədir insan, eyni zarafata dəfələrlə gülməz amma eyni acıya dəfələrlə ağlayar.