Ayçilər

Ayçilər
@aichilargl
Mathematics instructor
Master
Baku
7 Ocak
373 okur puanı
Ekim 2020 tarihinde katıldı
9/10
·272 syf.··
2022 72. kitabı
·
9 günde okudu
·
Okunma: 24 Ekim 2022 21:17
"Toplumun ahlaka aykırı saydığı kitaplar, topluma kendi ayıbını gösteren kitaplardır." İrlandiyalı yazar Oscar Wilde'ın bu əsəri kifayət qədər məşhur olsa da, mənim kitabın nə mövzusu, nə də hekayəsi barədə məlumatım yox idi. Yazarı tanımağın və kitabın yazıldığı dönəm haqqında məlumatlı olmağın əsəri düzgün anlamaqda xüsusi rolu olduğuna inanıram.Bu səbəbdən, əvvəlcə əsərin tarixi və hekayəsi haqqında qısaca məlumat verib, sonra isə düşüncələrimi bölüşəcəyəm. İlk dəfə 1890-cı ildə “Lippincott's Monthly Magazine" adlı jurnalda dərc edilən əsər, daha sonra kitab şəklində çap olunur. Yazarın tək romanıdır və bəzi mənbələrdə yazarın bu romanı antik Roma imperatoru Hadrianus və Antinousun arasındakı romantik münasibətdən ilhamlanaraq yazdığı qeyd olunur. Kitabın çapından sonra yazar həm cinsi orientasiyası səbəbindən, həm də kitabın əxlaqsızlığı təbliğ etməsi düşüncəsi ilə bir sıra təzyiqlərə məruz qalır. Bu olanlar dönəmin tanınmış yazarlarından olan Wilde-ın şöhrətinə kölgə salır və yazar bir neçə il sonra kasıb və yalnız halda həyata gözlərini yumur. Bir dilək dilədikdə onun gerçəkləşməsinin həyatımızda yaradacağı müsbət və mənfi təsirləri həqiqətən düşünürük mü? Dorianın sonunu gətirən ömür boyu gənc, təravətli, gözəl qalma arzusunu bəlkə də hər birimizin ömrümüzdə bir dəfə də olsa ağlımızdan keçirmişik. Kitabı oxuyub bitirdikdən sonra bu düşüncəni bir kənara qoyacağınızdan əminəm. Hadisələr əsasən, gənc, yaraşıqlı və özünəməxsus gözəlliyi ilə hər kəsi özünə heyran buraxan Dorian Gray, ona aşiq olmuş rəssam Basil Hallward və Hallwardın dostu, fikirləri ilə məni valeh edən aristokrat Lord Henry arasında cərəyan edir. Əsas personaj Dorianın daxili çaxnaşmaları, tez təsir altına düşməsi, zəif və ikili xarakteri, həzz, gözəllik və mükəmməllik axtarışı nə qədər
1000Kitap
Dorian Gray'in PortresiOscar Wilde · Türkiye İş Bankası Kültür Yayınları · 202399bin okunma
Reklam
7/10
·112 syf.··
2022 69. kitabı
·
14 saatte okudu
·
Okunma: 01 Ekim 2022 15:44
Rus ədəbiyyatının tanınmış realist yazıçılarından olan Turgenyev “İlk aşk” əsərində yalnız ilk sevginin gənclik həyəcanları ilə dolu, romantik, çılğın və ehtiraslı halını təsvir etməklə qalmır, həmçinin həmin dönəm rus cəmiyyətində baş verən dəyişimlərə, ailədaxili çəkişmələrə və valideyn-övlad münasibətlərinə də toxunur. Bir dost məclisində Vladimir Petroviçin ilk sevgisindən bəhs etməsi ilə başlayan hekayə, insan ruhunun sevməyə, sevilməyə, arzulanmağa olan ehtiyacından və bu ehtiyacların insanı gətirə biləcəyi nöqtələrdən də bəhs edir. Mövzu etibarilə yaşca böyük olan qarşı cinsə duyulan sevgi kimi klassik bir mövzu ələ alınsa da, yazar hər personaj üzərində xüsusi diqqətlə işləyir, onlar arasındakı münasibətləri ustalıqla təsvir edir. Bu hər nə qədər Vladimir Petroviçin ilk sevgi hekayəsi kimi verilsə də, həm də hər daim qarşı cinslərin diqqət mərkəzində olan, sevilən, bəlkə də artıq fərqlilik axtaran Zinaidanın sevgi axtarışı hekayəsidir. 21 yaşında gənc, gözəl bir qadın kimi təsvir edilən Zinaida xarakterinin timsalında qadın ruhuna səyahət edir, duyğusal ziddiyyətlər, qərarsızlıqlarla baş-başa qalırıq. Mənim narsist xüsusiyyətlərə də sahib olduğunu düşündüyüm Zinaida ətrafındakı qarşı cinsləri sevmədiyi halda onlarla flirt edir, güclərindən istifadə edir və bunu onlara etiraf etməkdən də çəkinmir. Zinaidanın istədiyi onların onu sevməsi deyil, sevilə bildiyini hiss etdirməkləri idi. Buna bir növ eqo tətmini və ya güclü hiss etmə ehtiyacı kimi baxıla bilər. Bəs Zinaidanı Vladimirin gözündə bu qədər özəl, bu qədər məsum edən nə idi? İlk eşq dedinizsə, yanılmadınız. Gənc Vladimir gənclik həyəcanı ilə Zinaidanın təsirinə düşür, ona qarşı əvvəlcə sevgi, daha sonra isə güclü bir bağlılıq duyur. Onu gözündə yüksəldir və gənc qızın heç bir hərəkəti onu bu zirvədən
Edebiyat
İlk AşkIvan Turgenyev · Tutku Yayınevi · 20149,5bin okunma
8/10
·112 syf.··
2022 57. kitabı
·
23 saatte okudu
·
Okunma: 17 Ağustos 2022 01:14
"Çador, annelerimizin, ninelerimizin geleneksel ve masum başörtüsü değildir yalnızca, kafalarımızdaki köprüdür. Örtünmek bir ahlak haline getirildiğinde, arkası mutlaka gelir; karara karara gelir. Örtünmenin sonu yoktur. Kadınlar kefene kadar örtünmek zorunda kalırlar." Murathan Munganın “Çador” romanında yaşanan İslam inqilabı ilə tamamilə dəyişmiş bir ölkədə yolunu və özünü axtaran bir gəncdən və həyatları, hüquqları, azadlıqları əllərindən alınmış, burkaya- gizlənməyə məcbur edilmiş qadınlardan bəhs edilir. İnqilabdan çox öncə xaricə üz tutan Akhbarın hekayəsi ölkəsində zülm və təzyiqlərin azaldığı bir vaxtda xatirələrini, uşaqlığını tapmaq, ailəsinə qovuşmaq və içindəki vətən həsrətini dindirmək məqsədi ilə yenidən ölkəsinə qayıtması ilə başlayır. Bütün qapılar üzünə qapanan Akhbar artıq ölkədəki mövcud reallıqla tanış olur, çətinliklə də olsa bu reallığı qəbul edir. Bununla da yazar dini idarəetmənin təzyiqlərini və bu təzyiqlərin insanlardakı yansımalarını təsvir edir. Mungan kitab boyunca bu ölkənin adını açıq şəkildə qeyd etmir, yalnızca müəyən ipucları ilə oxucunu yönləndirir. Qadınların bədənsizliyə, dilsizliyə, görünməzliyə məhkum edildiyi bir səhra ölkəsi. Tək başına küçəyə çıxma haqları belə olmayan, yüksək səslə danışa, gülə bilməyən, sanki izlərinin itirilməsi, mövcudluqlarının silinməsi üçün çalışılan qadınların ölkəsi. Qadınların məhkum edildiyi bu həyat nəticəsində cəmiyyətdə yalnız qadın və qadınlıq anlayışları deyil, həmçinin qadın varlığını, qadın şəklini itirən kişilər də get-gedə məhv olurdular. “Burkalarının altında yalnızca kadınlar kaybolmuyor. Erkeklerin bütün hayal güçleri, imgelemleri de tükeniyor. Kadınların yüzü bomboş bir çöle dönüşüyor ve bu çöl, kadının bir serap olarak bile görülmesine izin vermiyor. Kadını kendinden yapılma bir
Edebiyat
ÇadorMurathan Mungan · Metis Yayınları · 20241,674 okunma
7/10
·152 syf.··
2022 55. kitabı
·
3 günde okudu
·
Okunma: 11 Ağustos 2022 23:56
Hər daim inanmışam ki, həyatda hər şeyin öz vaxtı var. İnsanların, əşyaların və s. həyatımıza gəlmə, hadisələrin isə öz baş vermə vaxtları var. Bu kitabın mənə gəlmə vaxtı da indi imiş.. Motivasiyaya ehtiyac duyduğum, yeni bir mühitə adaptasiya olmağa çalışdığım bu dönəmdə şəxsi-inkişaf tipli, motivasiyaedici kitab axtarışında olduğum halda, ani bir qərarla “Daha yaxşının ziyanları” kitabını seçdim səbəbsiz. İndi isə anlayıram ki, bu seçim səbəbsiz deyilmiş. Bəs nələrdir daha yaxşının ziyanları? İlk baxışda önyarğı ilə yanaşdığım bu kitab Azərbaycanlı klinik psixoloq və yazar Zəhra Hüseynzadə tərəfindən qələmə alınıb. Kitabda özgüvənsizlik, panik atak, obsessiv komplusiv pozğunluq kimi bir çox psixoloji problemlərin səbəblərindən biri olan mükəmməlçilik anlayışı və onun fəsadlarından, mükəmməlçi insan tipi və onun həyat fəaliyyətindən bəhs olunur. Ümumiyyətlə, psixologiya elmi və mindfulness, şemalar və s. kimi mövzular mənim maraq dairəmə daxil olduğundan kitab mənə daha maraqlı gəldi. Bir neçə bölümdən ibarət olan kitabda mükəmməlçilik nədir, nədən və necə yaranır, simptomları və fəsadları nələrdir, müalicəsi var mı və s. kimi suallara cavab verilir və mükəmməlçilik diaqnozunun qoyulması, müalicə və sağalma dövrləri haqqında geniş məlumatlar qeyd olunur. Mükəmməlçi insanın müxtəlif situasiyalardakı davranışları şərh olunur və bu davranışları doğuran səbəblərə baxılır. Yazar müxtəlif bölmələrdə mükəmməlçilikdən əziyyət çəkən pasientləri ilə olan dialoqlardan da istifadə edir. Pasientlərin adlarının gizli qaldığı və ya şərti şəkildə adlandırıldığı belə dialoqlar sayəsində mükəmməlçiliyin fəsadları daha açıq və aydın şəkildə anlaşılır. Oxuduqca özümdən bir şeylər tapdım, bir qədər mükəmməlçi olduğumu anladım və yazarın son səhifələrdəki tövsiyələrinə əməl etməyi
Edebiyat
Daha Yaxşının ZiyanlarıZəhra Hüseynzadə · Parlaq İmzalar · 202229 okunma
7/10
·208 syf.··
2022 53. kitabı
·
33 saatte okudu
·
Okunma: 29 Temmuz 2022 10:30
“ deli gibi çarpar kalbim gebe olduğum şiirleri düşününce bu yüzden durmadan açarım koynumu sözcüklere öyle şehvetli ki sevişmek sözcüklerle kâh âşık olur kâh maşuk olur yazmak kâh ikisi birlikte “ Rupi Kaur “Süt ve bal” şəklində adlandırdığı, şeirlərinin bir qisminin yer aldığı bu kitabda qadınlıq, özünü sevmə, özünlə barışma, sevgi, cinsəllik, travmalar kimi bir çox mövzulara toxunur. Karyerasına “instapoet” olaraq başlayıb, daha sonra kitabları bestseller olan yazar və şeirləri haqqında internetdə, eləcə də bu platformada mübahisəli fikirlər çoxdur. Şeirləri qısa, bəsit formadadır, bir çoxunda dərin mənalar, düşündürən məqamlar var. Kitab özlüyündə dörd hissədən ibarətdir: sancımak, sevmek, kırılmak, sağalmak. Bəzi şeirlərdə özgünlük, fərqlilik, türklər demişkən, şiirsellik yox idi, düz yazı şəklində idi. Məsələn, "her şeyden çok kendimden kurtarmak isterdim seni" Hətta bu tip yazılar üçün müəlliflik hüququnun belə olmadığını düşünürəm, sosial platformalarda gördüyümüz klassik sözlərdir çünki. Bu tip yazıları bir az poeziyadan uzaq gəlsə də, dərin mövzuları ələ alan şeirləri, yazıları var idi. Fikrimcə, sevgi, sevgi sanılan hisslər, alınan travmalar və sağalma dövrünü, qadınlıq məfhumunu, cəmiyyətdə hələ də tabu olan mövzuları, stereotipləri yaxşı işləyib ümumilikdə. Kitabı ilk açan kimi diqqətimi çəkən də illustrasiyalar oldu, hansı ki yazarın özü tərəfindən şeirlərə uyğun şəkildə çəkilmişdi. Oxumağı vaxt itkisi hesab etmirəm, düşünürəm ki, bəzən özümüzə icazə verməliyik fərqli olanları yoxlamağa. Gələcəkdə yazarın digər kitabı olan ”Güneş ve onun çiçekleri”-nə də şans verməyi düşünürəm. Kitabla qalın :)
Edebiyat
Süt ve BalRupi Kaur · Pegasus Yayınları · 20179,7bin okunma
Reklam