Kitabı illər öncə 2 dəfə yarım buraxmışdım. Bu dəfə bitirməyə qərarlı idim. Amma çox yavaş gedirdi. Kitab 3 hissədən ibarət olduğunu bilsəm də oxumaq istədim.
Müəllifin bu qədər çox oxunması mənə maraqlı gəlirdi. Yazarlıqla bağlı oxuduğum, kurslarda öyrəndiklərimdən sonra, müəllifin tərzini daha yaxşı hiss edirəm. Amma yenə də bir kitab üçün həddən artıq çox personaj var.
Hekayə çox absurd formada irəliləyir. Personajların əksəriyyəti antisocialdır. Deyə bilərsiniz ki, bu ədəbiyyatdır. Normal nə ola bilər ki? Sadəcə antisocial olmaları çox qəribədir. Hər kəs insan görəndə qaçır sanki. Amma Dünya üçün xüsusi şeylər etmək istəyirlər.
Çox ağıllı deyə göstərdiyi qadın personajları sonda maraqları ilə məğlub edir yazar. Kişi personajları isə əvvəlindən cılız göstərir. Bununla da sanki davranışlarına haqq qazandırır.
Kitabı bitirəndə bir an düşündüm ki, digər 2 kitabı da oxuyum. Amma indi elə düşünmürəm. İkincini oxumaq istəsəm belə buna ani qərar vermək istəmirəm.
Seni ne kadar çok seviyormuşum. Ne kadar sana bağlı imişim, her şeyim ne kadar senden ibaretmiş meğer. On seneden beri senin için adeta deli olduğum zamanlar oldu. Bütün bunlara rağmen seni sevmek için bu on senelik zaman ne kadar azmış, şimdi anlıyorum.