alice in wonderland

alice in wonderland
•You shouldn’t drink poison just because you’re thirsty•
hukuk.
Azərbaycan
96 okur puanı
Ocak 2019 tarihinde katıldı
Dostluq
Puan vermedi·192 syf.··
2023 12. kitabı
·
14 günde okudu
·
Okunma: 31 Ocak 2023 21:36
Yue və Tai təsadüfən tanışmış iki dost. Bir-birinə zidd olan həyatlar çox gözəl dillə yazılıb. Hər kəsin özündən, həyatından, gördüklərindən bir parçanı özündə əks etdirir. Yue fabrikdə işləyən, kasıb bir qızdır, Tai isə varlı bir oğlan. Əsəri oxuyan zaman kövrəlir, səmimi hislər yaşanır. Sonu isə məni ağlatdı. Sue möhtəşəm müəllim obrazıdır. Taini ailəsindən daha çox başa düşən, dostluğu üçün şərait yaradan insandır. Günəş və Ay kimi fərqli, amma həmişə uyğun.
Edebiyat
Canım ArkadaşımÖzgür Balpınar · Genç Timaş Yayınları · 20192,515 okunma
Reklam
8/10
·204 syf.··
2023 2. kitabı
·
31 saatte okudu
·
Okunma: 04 Ocak 2023 00:10
Kitab
Alper Canıgüz
Alper Canıgüz
yaradıcılığından oxuduğum ilk kitabdır. Axıcı, gülməli, maraqlı əsərdir. Daima görəsən sonra nə oldu, daha sonra nə baş verdi deyə tək nəfəsə oxunan kitablardan biridir. Əsərin qəhrəmanlarından Musa bəyin isə hər şeyə inanması, bu inancın nəticəsində başına müxtəlif hadisələrin gəlməsi bəzi yerlərdə güldürür, bəzi yerlərdə düşündürür. Ümumilikdə isə bəyəndim.
Edebiyat
GizliajansAlper Canıgüz · İletişim Yayınları · 20136bin okunma
Puan vermedi·320 syf.··
2022 43. kitabı
·
3 günde okudu
·
Okunma: 27 Aralık 2022 11:17
Tanrını sevirəm deyib qardaşına nifrət edən yalançıdır. Çünki gördüyü qardaşını sevməyən, görmədiyi Tanrını sevə bilməz. Kitab tam da bu ab-havada davam edir. Aydın dəli kimi göstərilsə də, əslində evdəki ən ağıllı insandı. Oxumağa çalışan, düşünən, digər qəhrəmanlar kimi boyun əyməyən insandır. Orxan isə oxuyan zaman tamamilə insanı əsəbiləşdirən, qardaşına, bacısına dəstək olmayan digər qardaşının isə ölməsini arzulayan biridir. Ata, ana, Aidə, Yusif də həmin evdə yaşayan və onların da hekayəsindən bəhs edilən zaman hər birinin həyat hekayəsi bir nəfəsə oxunur. Romanın əvvəlində evin boşluğu, insanların ölümündən sonra evdəki səssizlik, nəfəssizlik isə insanı qəhərə boğur…
Edebiyat
Ölü RuhlarAbbas Maroufi · Etna Kitap · 2010218 okunma
9/10
·282 syf.··
Beğendi
·
2022 33. kitabı
·
12 saatte okudu
·
Okunma: 14 Aralık 2022 00:44
Əlimizdə bir şans olsa, yaşadığımız həyatı yenidən, başqa seçimlərlə yaşayardıqmı? Ya da hər seçimdə xoşbəxt olardıqmı? Nora həyatında səhv seçimlər etdiyini və səhv seçimlərinə görə xoşbəxt olmadığını düşünən qadındır. Əslində hər birimiz kaş vaxtında belə etsəydim, o zaman həyatım belə olmazdı, öz seçimlərim məni bu yerə gətirdi deyə düşünmürükmü? Müxtəlif seçimlərlə xəyal gücü daha da itiləşir, gözləntilər çoxalır, istəklər böyüyür, insan bir növ doyumsuz həddə gəlib çıxır. Noranın yaşadığı həyatın birində qalmağını, həmin kitabı bərk-bərk saxlamağını çox istəyərdim. Ümumilikdə isə, kitabı çox bəyəndim.
Edebiyat
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202597,8bin okunma