Inam bizim gözümüzə taxdığımız rəngli eynək kimidir.Hansı eynəyi taxsaq dünyanı onun prizması ilə görəcəyik.Bunu düşünmədən yaşamaq isə cəmiyyətin sənin gözünə taxdığı birinci eynəklə razılaşmaq və gördüyün mənzərəni həqiqət olaraq qəbul etməkdir
İnsanların biri-birini başa düşmələri üçün, biri-birinin daxili aləmini, ürəyini tədqiq edib öyrənmələri üçün danışmağın heç də zəruri olmadığını elə bu vaxtlar başa düşdüm
Yalın ayaqlar və hər dəfə səcdəyə gedən alın təmiz xalçaya toxunur və bizə canlı olduğumuzu, bütün insanlarla bərabər Allah qarşısında kiçik nöqtə olduğumuzu hiss etdirirdi