Ama bir aşk geçmişe gömüldüğünde herkesin unuttuğu öz burada da vardı - olağan kabul edilmiş her şey atılıb sonra da bütün hepsinin nasıl sona erdiğinin öyküsü ve daha da üstüne hafızanın utanç verici yetersizlikleri gelmeden önce, saniyeler, dakikalar ve günler boyu birlikte olmanın nasıl olduğu, ne hissettirdiği ve nasıl bir tat verdiği. Cennet ya da cehennem, kimse artık pek bir şey hatırlamaz. Çoktan sona ermiş ilişkiler ve evlilikler geçmişten kalma kartpostallara benzer hale gelirler. Hava durumu hakkında kısa bir not, komik ya da üzücü, çabucak anlatılan bir öykü, diğer yüzünde parlak bir resim. İlk kaybolan o ele gelmez benlik oluyor, diye düşündü Roland eve doğru yürürken, tam olarak nasıl biriydin, başkalarına nasıl görünüyordun.
Hərçənd ki, müəllifdən başlanğıc olaraq məşhur filmi də olan "Atonement" oxumaq istəyərdim, qismət ən son yazdığı əsərə imiş. Bu əsər müəllifin ən yaxşı kitabı olaraq qiymətləndirilir, açığı yazılan təriflərdə mən bir məna tapa bilmədim, keçim niyəsinə:
1. Kitaba "Lessons"(Dərslər) adını verib girişi arvadı itən Rolandın anidən pianino dərsi aldığı müəlliməsini xatırlaması ilə açır. Girişdə belə tam oturmayan nüanslar var, məsələn bu kitabın redaktoru olsaydım, giriş olaraq travmatik hadisəni verib sonra digər hadisəyə keçid edərdim, çünki həyat yoldaşının onu tərk etməsi də özlüyündə kədərli hadisədir və piano dərsi almasını xatırlaması ilə evliliyi arasında bir əlaqə yoxdur, amma oxuyanda elə bilirsən var və o gözləntidə gedirsən.
2. Həddindən artıq mənasız detal var kitabda. Kitabın baş qəhrəmanı kimdir? Roland. Amma bütün yan qəhrəmanların həyatını hansı məktəbdə oxumasına qədər qeyd edib yazıçı, özüdə hələ lap əvvəlki fəsillərdə. Bu sonrakı hadisələrin gedişatında bir rol oynayırmı? Əsla. 465 səhifəlik romanın bəlkə elə 100 səhifəsi kənar adamların boş həyatını detallandırılmasına həsr olunub. Bioqrafiya oxumadığımıza və bu hadisənin real olmadığını nəzərə alsaq, gərək varmıydı? Xeyr.
3. Qəhrəmanların beynində dəxlisiz düşüncə axışı. Aydındır ki, yazıçının əsas qayəsi baş verən travmatik hadisənin fonunda Rolandın dəyişən həyatı və onunla bərabər siyasi mühitdir. Amma həyatla siyasət arasında qurduğu əlaqə çox boşdur, adam uşaqlığında onu cinsi istismar edən qadınla üzləşməyə gedir və siyasət düşünür. Travma və siyasət. Siyasi xadimsənsə yaxından uzaqdan bəlkə əlaqəsi olardı, amma deyil. Həyatımda hansısa kitab qəhrəmanından kritik anda bu qədər mənasız özünü sorğulama mətni oxumamışdım. Bu əsər boyunca belə davam edir, ən dəxlisiz anlarda qəhrəmanının düşüncə
DerslerIan McEwan · Yapı Kredi Yayınları · 2023217 okunma