Aysel

Aysel
@aiseldetails
10/10
·96 syf.··
2025 26. kitabı
·
25 saatte okudu
·
Okunma: 25 Ekim 2025 19:25
Bəzən də olur ki, oxuduğun əsərin mənasını yaşayanda başa düşürsən. Çevrilməni ilk dəfə 16 yaşımda oxumuşdum, o zamanlar tam anlamamışdım və hətta qaranlıq dünyası, insanı böcək üzərindən təsviri ürəyimi sıxmışdı. 10 il sonra anidən yadıma düşdü və günlərlə əsər haqqında düşündüm. Təkrar oxumaq ilk oxumadan zövqlü və düşündürücü oldu. İnsanın cəmiyyətdə və ailəsində tutduğu yerin nələrdənsə asılı olması, onlardan geri qaldığı an dəyərdən düşməsi və gözdən çıxarılması, heçliyə layiq görülməsi və xatırlanmaması. Acıdır, amma gerçəkdir.
ÇevrilməFranz Kafka · Parlaq İmzalar Nəşriyyat · 2024267,6bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅

Aysel

, bir kitap okudu
10/10
·96 syf.··
25 saatte okudu
·
2025 26. kitabı
Franz Kafka
7.8/10 · 267,6bin okunma
7/10
·224 syf.··
2025 24. kitabı
·
20 günde okudu
·
Okunma: 06 Eylül 2025 23:29
Hesab edirəm ki, Beyhan Budak psixologiya bu qədər araşdırılıb danışıldığı dövrdə sadə və özünəməxsus çıxışları, izahları ilə öz ölkəsində məşhurluq qazandığı qədər Azərbaycanda da yeni öyrənilən bir sahənin öncüllərindən oldu. Xüsusilə resurs çatışmazlığı olduğunu nəzərə alsaq, ölkəmizdə böyük maraqla izlənir. Onun üslubunun bu qədər sevilməsinin səbəbi bizə bizdən biri olduğunu hiss etdirməsi, səhv etmək şansı verməsi və sosial şəbəkələrdə bütün günü beyin yuyan motivasiya çıxışları kimi təqdimat aparmadan insanı anlayan və onu bütün halıyla qəbul edən biri kimi danışmasıdır. Bu kitabı da digərləri kimi səmimi söhbətin içindəymişcəsinə təəssürat yaradırdı, amma bu dəfə psixoloq mövqeyindən yox, öz sıxıntılarından çarələr axtaran insan kimi yazmışdı. İnsanı şəfalandıran və sağalırmış kimi hiss etdirən üslubu var.
Hayat Acemileri İçin Yaşam RehberiBeyhan Budak · Kronik Kitap · 20243,697 okunma