Kitabı nəşriyyatın "yeni çıkanlar" siyahısında görüb almışdım. Tiflis-Bakı xəttiylə İran səyahəti oxumaq düşüncəsi həyəcanlandırmışdı. Amma gələk bu həyəcanımın ilk səhifələrdən sonra necə sönməsinə.
Yazıçı Tiflislə yaxşı başlanğıc edir, sevgilisiylə son səyahətidir, insan münasibətlərini Tiflisin görməli yerləri ilə hekayələşdirib danışır. Ardından keçir Bakıya.. İllərin oxucusu olaraq deyə bilərəm ki, Bakını hələ bu qədər bayağı, ucuz təsvirini hardasa oxumamışam. Türkiyə heyranı, rüşvət və despotizm içində boğulan, görməli yeri İçərişəhər və Bulvar kombosuyla bitən, adana kababının uğursuz kopyası olan lülə kababın mətbəx kimi təqdim olunduğu şəhər. Vətəndaşları da oturub bulvardan görməmişliyin və kasıbçılığın abidəsi olan Flame Towers'ə baxır - tək əyləncəmiz buymuş kimi edilən o təsvir güldürdü)) Gözlərimin önünə əsrlərdir yoğrulan ədəbiyyatımız, musiqimiz və əlbəttə ki, tariximiz gəldi. İnsan dedim oxuduqca, həqiqətən də, görmək istədiyini görür.
Bütün bunları keçirəm, nəticədə hər kəs Azərbaycanı sevəcək deyə bir şey yoxdur əlbəttə. Bakıdan İrana yola düşür səyyahımız, Bakıdan etibarən zərdüştlük və kürd gözəlləməsi oxuyuruq. İranın hər küncündən biraz tarixilik, biraz zərdüştlük, biraz da kürdlük oxuyuruq. Kitab bu hissədən etibarən bütün dinlərin və hətta millətlərin zərdüştlük və kürdlüyün barışsevərliyinin kölgəsində cılızlaşır yazarın dilindən. Bir nöqtədə bu sonlanar deyə səbrlə bitirməyə çalışdım, olmadı, kitab bu döngüdə qaldı. İraqın kürd şəhərləri və Midyatla sonlandı.
Mən isə yazdıqlarımı bu cümlə sonlandırmaq istəyirəm:
"İnsan, insan olabildiği kadar büyüktür. Irkı, dini, dili onu yüceltmez. Onu insanlığı yüceltir."