Bu gün nakam Azərbaycan şairi Mikayıl Müşfiqin anım günüdür. Hörmətlə anırıq!
05.06.1908-06.01.1938
Qeyd edim ki, Mikayıl Müşfiq 1930-cu illərdə Sovet Sosialist Respublikaları İttifaqının müstəmləkə dövlətlərinin ictimai və siyasi xadimləri, yazıçı və şairlərinin əleyhinə yürütdüyü repressiya siyasətinin ən gənc qurbanlarından biri olmuşdur. Belə ki, özünün də şeirlərinin birində qeyd etdiyi kimi, “həyat eşqiylə dolu olan könlü”-nü dünyaya sığdıra bilməyib 29 yaşında əbədiyyətə qovuşmuş, lakin əvəzsiz yaradıcılığı ilə qəlblərdə kök salaraq yaddaşlardan silinməmişdir. Şeirlərinin mövzusu sadəcə həyat, sevgi, gözəllik olan şair yaradıcılığında mövcud quruluşa qarşı ifadələr səsləndirməkdə təqsirləndirilmiş və 1938-ci il yanvarın 6-da Nargin adasında amansızcasına güllələnmişdir. Şairin məzarının harada olduğu hələ də bilinmir.
Sən də öl mənim kimi,
Məzarın olsun ürəklər…🩶♾️
"Kerri bacı" romanını Teador Drayzer yaradıcılığının şah əsəri adlandıra bilərik. Romanda həyatın dərinliklərinə varmamış, öz xəyal dünyasında kiçik ehtiyaclarının təmin edilməsindən hədsiz xoşbəxtlik duyan, pak ruhlu və bir o qədər gözəlliyinin fərqində olub bundan zövq alan gənc qız Kerrinin həyatı qələmə alınmışdır. Daim aşıb-daşan həyat sevgisi, kəşf etmək və yaşının ona təlqin etdiyi maddi nemətlərə çatmaq arzusu onun Çikaqoda qarşılaşdığı çətinliklərlə ziddiyyət təşkil edirdi. Belə ki, özünün verdiyi bütün qərarların doğruluğuna əmin olan bu gənc qız bir tərəfdən arzusunda olduğu həyata qovuşmaq həvəsi, digər tərəfdən hələ özünə belə doğru etiraf edə bilmədiyi duyğuların əsirinə çevrilərək həyat yolunda yeni cığırlar açmağa müvəffəq olur. Zaman və illər ərzində yaşadıqlarının ona öyrətdikləri Kerri üçün sonda əsl xoşbəxtliyin göstəricisi olur.
Kerri BacıTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014760 okunma