Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
·
Puan vermedi
Core of Human path.
The last holy book of Islam or The holy book of Muslims. It defines what human is. It explain the way that you follow as a follower. It gives the solution of your problems. It makes you calm when you are in circumstances. It shows you miracles which happened before its written also it enlights us afterwards. It completes the whole ibrahimic believes. In the Quran if you check it there are too many facts according the future. From the time it is completed (first copy still solid) it gives us some un imaqinable things such as 1: persian x rome war / the place / the winner It says The place on the lowest place (in the science it is the lowest place in the earth. 2: There is a line in the sea even the fishes do not pass it. You can google it and see the fact. 3: It defines the bees working system male / female differences in that perios of time how the people can understand the gender of bees? There are too many facts but you need to read it. If you do not wanna believe we can not force you but Do not learn Islam from other Quran will be enough. Selamun Aleykum
Al-Quran Al-Karim - The Holy Quran
Al-Quran Al-Karim - The Holy QuranMuhammed Marmaduke Pickthall · Ravza Yayınları · 20163 okunma
and put your trust in Allah. For Allah is sufficient as a Trustee of Affairs.
Reklam
'Yaxşılıq edin ki, Allah yaxşılıq edənləri sevir.' /Bəqərə, 195
Rəd surəsi
قُلْ إِنَّمَا أُمِرْ تُ أَنْ أَعْبُدَ اللّهَ وَلا أُ شْرِكَ بِهِ إِلَيْهِ أَدْعُو وَإِلَيْهِ مَآ بِ De: Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən yalnız Ona doğru çağırıram və qayıdışım da yalnız Onadır! /Rəd,36
Rəd surəsi
'33.Kafirlərə öz yalanları gözəl göstərilmiş və onlar yoldan (Allah yolundan) çıxarılmışlardır. Allahın azdırdığı şəxsin yol göstərəni olmaz. 34. Onlar üçün dünyada əzab vardır. Axirət əzabı isə daha ağırdır. Heç kəs onları Allahdan qoruya bilməz.'
Əbəsə, 17-21
"Ölsün insan! O necə də nankordur! (Bu təkəbbür ona haradandır?) Allah onu hansı şeydən yaratdı? Allah onu (bir qətrə dəyərsiz) nüftədən yaratdı, ona biçim verdi. Sonra onun üçün (ana bətnindən) çıxış yolunu asanlaşdırdı. Sonra onu öldürüb qəbrə qoydu."
Reklam
Rəd surəsi
11. Allahın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Özlərində olanı dəyişmədikcə,Allah heç bir xalqın taleyini dəyişməz. Əgər Allah hər hansı bir camaata (etdiyi əməllərə görə) pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz və Allahdan başqa heç bir himayəçiləri olmaz.
(Rəd surəsi, 6)
6. Onlar yaxşılıqdan (rəhmətdən) öncə səndən pisliyə (əzaba) tələsməyini istəyirlər. Halbuki onlardan əvvəl ibrətamiz bəlalar nazil olmuşdur. Zülm etmələrinə baxmayaraq, Rəbbin insanlara qarşı mehriban və bağışlayandır. (Eyni halda) Rəbbin şiddətli əzab verəndir.
(Mucadələ, 10)
"Halbuki Allahın izni olmadıqca (Şeytan) onlara heç bir zərər yetirə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər!"
|Tövbə, 71|
"Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdır. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğmbərinə itaət edirlər."
Reklam
30. İndiki belədir, onlardan üz çevir və gözlə. Onlar da gözləyirlər. (Sən Allahın rəhmətini, onlar isə əzabını.) |Səcdə surəsi, 30|
Ənam surəsi- 45,46,47,48
45. Beləliklə, zülm etmiş dəstənin kökü və nəsli kəsildi. Həmd və şükr aləmin və aləmdəkilərin Rəbbi olan tək Allaha məxsusdur. 46. De: «Mənə xəbər verin, əgər Allah sizin qulaq və gözlərinizi(n gücünü) alsa və qəlblərinizə (anlamazlıq və bədbəxtlik) möhürü vursa, onları sizə Allahdan başqa hansı məbud gətirəcək?» Gör Biz Öz ayələrimizi necə müxtəlif (surətdə) gətiririk, sonra onlar (yenə də) üz döndərirlər. 47. De: «Mənə xəbər verin, Allahın əzabı (zəlzələ və sel kimi) qəflətən, yaxud (tədricən ölümlə nəticələnən vəba və buna bənzər xəstəliklər kimi) aşkar halda sizə gəlsə, zalımların dəstəsindən başqası həlak olarmı?! (Şübhəsiz, bədbəxtcəsinə ölüm zalımlara məxsusdur və yaxşıların onların arasında həlak olmaları şəhadətdir.) 48. Biz Öz peyğəmbərlərimizi yalnız müjdə verən və qorxudan olaraq göndəririk. Beləliklə iman gətirib ləyaqətli olaraq (özlərini) düzəltməklə məşğul olanlar üçün (axirət aləmində) əsla qorxu yoxdur və onlar əsla qəmgin olmayacaqlar.
"Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə nazil edilənə (İlahi kitabların sonuncusu olan Qurana) düzgün əməl etsəydilər, onlar həm (başları) üstündə, həm də ayaqları altında olanlardan (göylərin və yerin nemətlərindən) yeyərdilər. Onlar arasında mötədil (İslam dininə qarşı heç bir ədavət bəsləməyib onun müqəddəsliyini etiraf edən) bir camaat vardır. Lakin onların çoxusunun gördüyü işlər necə də pisdir!" | Maidə surəsi, 66.|
23 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.