Puan vermedi·124 syf.··
Beğendi
·
2024 4. kitabı
·
16 günde okudu
·
Okunma: 10 Nisan 2024 08:53
Kitabi oxuyaraq Albert Eynşteynin bəzi dünyəvi problemlərə hansı tərəfdən baxdığını onun düşüncelerini anlaya bilərsiz. Bunu başa düşməyiniz üçün kitabda onun məqalələri məktubları çıxışları qeyd olunub. Eynşteyn müharibəni əsas problem sayır və ondan tez bir zamanda azad olmağımızı istəyir və bunun üçün nəsə etməyə çalışırdı. Birdə onun din və əxlaqi mövqeyini öyrənə bilərsiz. Xoş oxumalar
Mənim Gördüyüm DünyaAlbert Einstein · İndivid Yayın Evi · 01,782 okunma
Puan vermedi·160 syf.··
2024 6. kitabı
·
10 günde okudu
·
Okunma: 29 Şubat 2024 00:00
Beyni çalınan adam yox, Beyni Çalışan adam olmalıymış kitabın adı fikrimcə. Kitabda Eynşteyn haqqında qısa və yığcam məlumatlar var. Tamamilə biz bunu tərcümeyi-halı kitabı adlandıra bilərik. Uşaqlıqdan başlayaraq anası,atası, həyat yoldaşı və təhsil həyatı haqqında hər şey ətraflı izah olunur. Oxuyarkən biz Eynşteynin yaşadığı yerə 100 il geri qayıdırıq. Çətinlikləri və həyəcanı tam yaşamaq mümkündür. Məncə bu bioqrafiyadır. Qəlibə sığmayan bir zəka.Müəllim seçimi, etirazlar, dərslərdə davalar.  Diplomu olmamaq riski ilə məktəbi tərk edib ailəsinə sığınmaq. Sonra riyaziyyat, fizika.. Sürgünlər, vətəndaşsızlıq və dünya müharibəsi.  Atom bombası düzəltmək və buna görə peşman olmaq.  Nobel mükafatı almaq və sülh üçün dünyanı gəzmək. Albert Eynşteyn münaqişələri və ziddiyyətləri ilə birlikdə mənimçün çox maraqlı oldu. Hər kəsin oxumalı olduğu bir kitabdır.
Beyni Çalınan Adam Albert EinsteinDeniz Yılmaz · Halk Kitabevi · 202161 okunma
Reklam
Tanrı Yanılgısı
Puan vermedi·480 syf.··
2023 5. kitabı
İlk öncə kitab haqqında öz fikrimi bildirəcəm. Richard Dawkins dünyanın ən güclü ateistidir. Yazdığı bu kitabda texnologiyalardan, dini kitablardan, müharibələrdən, ilahiyyatçılardan, din müharibələrindən, darvin nəzəriyyəsinindən nyuton qanunu, kvant fizikasından istifadə edərək dinləri yalanlayıb. Məsələn bir uşaq düşünün bu uşaq doğulur ailə tərəfindən ona bir din aşılanır fərqi yoxdur islam xristian və ya iudaizm. Bu uşaq böyüdükcə bu dinin təsiri altında qalır. Valideynlərinin təzyiqi ilə bu dinə itaət edir və onda bir qorxu yaranır. Bu uşaq böyüdükcə ateist olmağa qərar verir. Çünki onun hansısa bir dinə itaət etməyində onun öz qərarı olmayıb. Bu valideynlərinin təzyiqi ilə baş verib. Bununlada uşaq artıq böyüdükcə öz düşüncə qabiliyyətini itirir və başqa dini qəbul etmiş insanlara bir cinayətkar yada bir kafir kimi baxır. Onları öldürmək istəyir. Richard Dawkinsdə dinin uşaqlarda şiddət psixologiyasını yaratdığını cəmiyyətə təbliğ edir. Fransada karikaturaçılar məhəməd peyğəmbərin karikaturalarını çəkib yayınlayan kimi bu zaman bütün müsəlman ölkələri pakistan, türkiyə, əfqanıstan kimi cihadçı ölkələr fransız millətini və karikaturaçıları öldürməklə tənqid etdi. İş ora qədər gəlib çatmışdır ki müsəlman ölkələri fransaya qarşı müharibə elan etsin. Bütün müsəlman ölkələrində cihad elanı verildi. Amerika xristian ölkəsiydi. Öz əsgərlərini Iraq müharibəsinə xristianlıq elanı altında göndərdi. Hansı ki papazlar amerika əsgərlərinə əgər sən iraqa getsən bu zaman tanrı səni cənnətə qəbul edəcək. Halbuki iraq müharibəsində döyüşən amerikalıların çoxu kriket oynayan vətəndaşlar idi. Richard Dawkins bunuda dinin müharibələrin əsas səbəbi kimi olduğunu açıqlayır. Kitabda albert eynşteyndən də bəhs edir. Albert eynşteyn deist olub yəni gördüyü dünyaya gördüyü şeylərə
Bilim-Kurgu
Tanrı YanılgısıRichard Dawkins · Kuzey Yayınları · 20204,110 okunma
Eynşteyn
Puan vermedi·128 syf.··
2023 11. kitabı
·
3 günde okudu
·
Okunma: 09 Eylül 2023 14:48
#k:271710 İlk öncə bu vurğulayım; fiziklə əlaqəniz yoxdursa, oxumağınızı tövsiyyə etmirəm... Kitab çox gözəl idi. Eynşteynin fikirləri, düşüncəsi, insanlara verdiyi dəyər və Allaha inamı barədə yazılmışdı. "Uğura gedən yollar çətinlikdən gedir" ~A.Eynşteyn
Felsefe/fizik/Matematik
Benim Gözümden DünyaAlbert Einstein · Alfa Yayıncılık · 20201,782 okunma
İki böyük şəxsiyyət.
Puan vermedi·80 syf.··
2022 39. kitabı
·
19 saatte okudu
·
Okunma: 19 Şubat 2022 11:43
Salamlar Sizcə iki böyük alimin məktublaşmasını oxumaq necə olar? Siyasət, hüquq, güc, insanlıq haqqında möhtəşəm bir dialoq. Eynşteyn və Freydin beyinlərinin içinə girmək, düşündüklərini oxumaq həm maraqlı, həm də çətin idi. Kitab az idi, amma çox düşündürücü idi. Kitabı bitirdikdən sonra, oturub bu mövzu haqqında düşünürsüz. Öz-özünüzə suallar verirsiz, cavablarını axtarırsız. Hər kəsə tövsiyə edərəm. Xoş mütaliələr.
Edebiyat
Müharibə nəyə lazımdır.Albert Einstein · Qanun Nəşriyyatı · 0454 okunma
6/10
·115 syf.··
2018 50. kitabı
·
28 saatte okudu
·
Okunma: 11 Temmuz 2018 17:03
Kitabı oxuyub bitirdikdən sonra, dedim ki, əcaba mən də dünyanı öz gözümdən yazsam, nə etsəm? Daha doğrusu, bunu mənə dedirdən kitabın ilhamverici gücü oldu. Yaşadığımız dünyaya min ildə bir gələn Eynşteyn kimi dahinin insanlara bəxş etdiyi elmi töhfələrdən başqa, həm də hikmətli nəsihətləri, qəlbə təsir edən səmimi etirafları, pozitivliyi, şübhələri, əminlikləri, sevgisi, arzusu, barışa olan tutqusu, nəhayət, təəccübləndirən o saf uşaq təbiəti ilhamverici olmaya bilməz. Doğrudur, bəzi məqamlarda üzüldüyüm sətirləri də oxudum. Dini inanc barədə tərəddüddə qalması, gah nala, gah mıxa vurması, kosmik ruh anlayışına çatıb, orda dayanmasına heyrətləndim. Bir şeydə haqlıdır: "Dinsiz elm kor, elmsiz din isə topaldır". Bu yerdə Yuval Hararinin dinin və elmin bir-birinə lazım olması haqqında yazdığı abzasları xatırladım (Homo Deus). Bundan əlavə yəhudi məsələsinə hədsiz emosional yanaşması da nəzərimdən qaçmadı. Ancaq bütövlükdə Eynşteynin bütün insanlığı barışa, tərəqqiyə, daima təhsil almaq, dünyamızdakı sirləri öyrənmək, dünyagörüşümüzü artırmağa səsləməsi dahinin sülh dolu bir dünya arzulamasından xəbər verir. Ən maraqlı məqamlardan birini qeyd edim. Mətn o qədər sadə dildə yazılıb ki, sanki yaxın bir dostunla söhbət edirmişəm kimi təəssürat yaratdı məndə. Deyəsən, dahinin belə bir fikri vardı: "Bir suala cavabı sadə dildə izah edə bilmirsənsə, o məsələni tam anlamamısan demək". Eynşteynə görə hər kəs dahi olmağa qadir gücə sahibdir. Sadəcə, "Dahiliyin 10′da 1′i qabiliyyət 10′da 9′u da çalışmaqdır", "Dahiliyim çox ağıllı olduğuma görə yox, sadəcə problemlərin həllinə çox vaxt sərf etməyimdədir". Bizlərə də bu cür əzmkar dahilərdən gücümüzün yetdiyi qədər öyrənmək və həyata tətbiq etmək düşər. @mumogluceylan
Benim Gözümden DünyaAlbert Einstein · Alfa Yayıncılık · 20201,782 okunma