- Bağışlayın, siz nə dediniz?
- Həyat yoldaşım deyir ki, kitablar televizor qədər “gerçək” deyil.
- Və yaxşı ki, o cürdür. Siz kitabı örtə və ona söyləyə bilərsiniz: “Gözlə”. Siz onun hakimisiniz.Bəs televizoru işə salanda kim onun əsir götürən iti caynaqlarından sizi dartıb çıxarda bilər? O, sizi gil kimi yumşaldacag və istədiyi formaya salacaq. Bu da “mühit”dir və dünya qədər gerçəkdir. O, həqiqətə çevrilir, həqiqətin özü olur. Kitaba ağlın gücü ilə qalib gəlmək olar.
Monteq sakitlik hər şeydən üstündür. Müxtəlif müsabiqələr düzənləyin, məsələn, kim məşhur mahnıların sözlərini daha yaxşı xatırlayır, kim ştatların bütün əsas
şəhərlərini adını çəkə bilər, ya da kim ötən il Ayova ştatında nə qədər buğda yığıldığını bilir.
İnsanların beynini rəqəmlərlə doldurun, onları ürəkləri bulananacan zərərsiz faktlarla əhatələyin ,eyib eləməz, əvəzində çox savadlı olduqlarını düşünəcəklər.
Əgər Leonardo bu gizli qüvvəyə qarşı getsəydi? Öz yolunu axtarmaqdansa, Romaya gedib başqaları kimi Papanın rəğbətini qazanmaq üçün Sikstin kapellasını bəzəmək sifarişini alsaydı? O bunu bacarardı.Bəs əgər o da başqaları kimi ona tapşırılan işləri tez, başdansovdu yerinə yetirməyə çalışsaydı? Firavan yaşamaq üçün özünü yalnız rəssamlığa həsr etsəydi? Bəli, uğur qazanardı, amma Leonardo da Vinçi olmazdı. Onda öz həyat məqsədindən, öz missiyasından aralı düşərdi, hər şey də labüd olaraq yanlış gedərdi
Ey mənim gözəl bacım Nazlı. Səhərdən axşama kimi oturubsan evdə, anandan bozbaş bişirmək dərsi alırsan, amma mənim yanıma gəlmirsən ki, gəzdiyim şəhərlərdən sənə nağıl eləyim, görəsən dünyada nə var, nə yox! Bax, həyətdə gün çıxıb; sən ki, o günü görməyəcəksən, nəyə lazımdır onun işığı? Çöldə otlar göyərib, ağaclar çiçək açıb; amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlar?