İnsanın hissləri tez-tez təkrar olunan təəssüratın təsiri altında sürətlə kütləşərsə, alışmadığı gözəllik və nəfəsliyi şişirtmək də onlara xas olan bir şeydir. Bir şey yenidirsə, deməli, əvvəl olanların hamısından yaxşı olmalıdır. Özümüzü əhatə etdiyimiz xarici aləm həyata olan münasibətlərimizi necə tez-tez dəyişir! Bir adam kasıbdırsa, varlanmaq sanki onu müvəqqəti olaraq xoşbəxt edir. Əgər yad görüşlü adamlar arasındadırsa, əlverişli mühitə düşdükdə bir müddət düşünməlidir ki, onun bütün çətinlikləri həll olunub. Bu maddi şəraitimizdə heç bir dəyişikliyin sarsıda bilməyəcəyi daxili sakitliyin bizə nə qədər yad olduğunu göstərir.
Tanrı qətiyyən obyektiv şəkildə dərk edilə biləcək bir reallıq deyil, sadəcə hər bir müsəlmanın öz-özlüyündə imkanları daxilində təsəvvür edə biləcəyi bir reallıqdır. Quran va ya hədislərdə cənnət, cəhənnəm, Tanrının taxt-tacı barədə danışılarkən ayrı məkanda yerləşən reallıq deyil, görünən hadisələrin örtüyü arasında gizlədilmiş daxili aləm nəzərdə tutulur.
"Mən istəyirəm ki, əsrlərdən bəri donub qalmış bu bataqlıq bir hərəkətə gəlsin. Gözlər günəş görsün, bu yeni yaranan aləmə alışsın. Oxunan mahnı bir vuruş çağırışıdır" – Almaz müəllimə
Hz. Selmân-ı Fârisî rivayet ediyor: Nebî (s.a.v) şöyle buyurdular: "Ölmek üzere olan kimsenin üç haline dikkat edin: Eğer alm terliyor, gözleri yaşarıyor ve burun delikleri genişliyorsa; bu Allah'ın rahmetine delalet eder. Eğer deve gibi hırıldıyor, rengi sararmış, ağzı köpürüyorsa (veya boynu terliyorsa); bu da Allah'ın azabına
delalet eder."
Şevkani, el-Fevaidu'i-Mecmua, 834
Bu gözlər nəyə baxırsa-baxsın, insan qəlbi qədər dəhşətli, mürəkkəb, əsrarlı və hüdudsuz bir aləm görə bilməz. Dənizdən daha əzəmətli bir mənzərə var ki, bu da göydür. Göydən daha əzəmətli bir mənzərə var ki, o da insan qəlbinin sirli dərinlikləridir.