Alsu

Alsu
@alsuserver
Hell is other People | Jean-Paul Sartre
25 Ekim 2001
1381 okur puanı
Şubat 2022 tarihinde katıldı
Puan vermedi·520 syf.··
2023 29. kitabı
·
4 günde okudu
·
Okunma: 16 Ağustos 2023 21:28
Lev Tolstoy demişdi ki "İstər acı olsun istər şirin, fərq etmir, xatirələr insana əzab verər." Bir zamanlar sevdiyimiz insandan qalan kiçik bir əşya xatirəsi də elə. Bu kitabın hələ oxumadan məndə bam-başqa bir yeri var idi. Ağır şəkildə xatirələrlə yaşayan və onları (uşaqlığımı, məktəb, universitet illəri, sevgimi, dostlarımı, məkanları) ya yazmaqla, ya kiçik bir əşyanı saxlamaqla, ya da tarixləri bir yerə qeyd almaqla qoruyan insan olmuşam, həmişə. Kitabda bir yer var idi, deyirdi, indini yaşayarkən belə o indinin gələcəkdə hiss etdirəcək xatirəsini düşünən insanlar var bu dünyada. Eyni, elə. Kamal Füsun öldükdən sonra onun uşaqlıqdan yaşadığı evi alıb, muzeyə çevirir, Orhan Pamukla görüşüb hekayəsini danışır, bu kitabı yazdırır. O muzeydə Füsunun 4213 siqaret kötüyünü, o illərdə içdiyi, dəhşət məhşurlaşan, hər yerdə reklamı gedən "Meltem" qazoz şüşələrini, inci sırğalarını, ona maşın sürməyi öyrədərkən əyninə geyindiyi çiçəkli donu və sairə, ilaxır xatirələrini sərgiləyir. Elə siqaret kötüyündən biri mənim xatirə dəftərlərimdən birinin arasındadı. Ona görə bəlkə Kamalın xatirələrlə bağlı hiss etdiklərini özüm hiss edərmişcəsinə anlamışam. Bu həftə sonuna qədər əlimə kitab almayıb sadəcə düşünəcəm deyəsən, bəzi xatirələrdən qopmağım gərəkdiyini düşünürəm hərdən, bir neçə gün ancaq yazıb, pozacam. Ya da açıq danışaq kitab deyəsən mənə başımı itirtdi. Di nəysə, biraz da yazmağa davam etsəm ağlaşma quracam, kitablarla belə danışmağı xoşlamıram. MASUMİYET MUZEYİ'nə getmək həyatda istədiyim 3-5 şey arasındaydı, kitabını oxumaqla o istəyə 1 addım yaxınlaşmış oldum, qaldı nə vaxtsa bilet alıb getmək, keçən yazıda dediyim kimi o gün kitabımı da əlimə alıb sallana-yellənə qaçacam muzeyə, muhafizəçiyə deyəcəm "Bax kitabı oxumuşam 2-3 ya da neçəsə il əvvəl, indi gəlmişəm
1000Kitap
Masumiyet MüzesiOrhan Pamuk · Yapı Kredi Yayınları · 202460,3bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·1062 syf.··
2023 22. kitabı
·
9 günde okudu
·
Okunma: 19 Temmuz 2023 21:52
Anna Vronskiy'i sevdi ve o mumu söneceğini bilerek yaktı... 8 gündür elimde gezdirdiğim, her fırsatta okuduğum Anna bu gün öldü ve kitap kapandı. Tolstoyun bu kitabı bitirerken odasında "Anna Karenina öldü" diye ağlayış hikayesini yazmayacağım, kitabı elimde kim görse aynı şeyi anlatıp-durdu. Ama Tolstoy, ne kadar travma almış ola bilirsin ki beyninde kurduğun karakterlerle ilgili söyleyecek bu kadar sözün olsun...
Anna KareninaLev Tolstoy · Türkiye İş Bankası Yayınları · 202555,5bin okunma
Puan vermedi·494 syf.··
2023 20. kitabı
·
6 günde okudu
·
Okunma: 01 Temmuz 2023 20:21
Kitabı bitirənə qədər ağlımda keçən illərdə izlədiyim "Fury" adlı müharibə filmindən bir səhnədəki replikalar keçdi ancaq. "-Gözlə və gör. -Nəyi? -Bir insanın bir insana nələr edə biləcəyini" 2 şəhərin hekayəsi 3 kitabdan ibarətdi, H.A.Y klasikində 3 kitab da 1 kitab içərisində yer alır. XVIII əsrdə Paris və İngiltərə, bu 2 şəhər arasında gedən müharibədən və bu müharibənin yaşatdıqlarından bəhs edir. Hansı yaşatdıqları? 2 şəhərin hekayəsi... Eyni zamanda "2 fərqli insanın" və "2 fərqli insanlığın" hekayəsi... Müharibənin yerli insanları necə vurduğu, yuxarı təbəqələri necə manqurtlaşdırdığı, canavarlaşdırdığı... Cümhuriyyətə sadiq qalmaq adı altında hər gün neçə məsum başları bədənlərindən ayıran canavarlar. Bu canavarlar içində insan qala bilmək və ədaləti qoruya bilmək üçün can bahasına verilən mübarizə... Charles Dickensin "Böyük Ümidlər" kitabını oxuyanda o kitab mənə elə yaxşı təsir etmişdi ki, həmin kitabı şaha qaldırmışdım, amma bu kitab... O səfalət, sümükləri sayılan uşaqlar, hər şeyə rəğmən bir-birinə tutunmağa çalışan ər-arvadlar, 1 tikə çörəyi tapdıqları üçün belə sabaha ümidlə oyanan ailələr, edama gedərkən belə "Cümhuriyyət üçün hər şeyə dəyər" deyə özlərini təsəlli etməyə çalışan o məsumlar. Hər axşam vurulan başları izləmək üçün işlərini kənara qoyub gələn, yerlərini ayırıb, həriscə izləyən canavarlar. O qədər şey saya bilərəm ki, o qədər. Kitabda "Müharibə" bir-birinə dəyən 2 fərqli şəhərdən olan (Fransa-İngiltərə) 2 fərqli insanın bir-birini sevib qurduqları və belə bir şəraitdə bir-birlərinə kələtlənməyi bacaran ailə üzərindən oxucuya çatdırılırdı. Kitab barədə çox spoiler vermək də istəmirəm, oxuduqca dərk edirsən ki, hansı ölkələrdə, kimlər arasında olmağına baxmayaraq müharibənin səfalətini çəkən o insanlar ölüb getsələr belə, həmin
İnsan ve Duygular
İki Şehrin HikâyesiCharles Dickens · Türkiye İş Bankası Kültür Yayınları · 202376,4bin okunma
Puan vermedi·208 syf.··
2023 15. kitabı
·
6 günde okudu
·
Okunma: 13 Mayıs 2023 20:44
H. Gündayın əvvəl heç bir kitabını oxumasam, üslubuna, yazdıqlarına bələd olmasam və oxuduğum ilk kitabı bu olsaydı yazıçının bir də digər heç bir kitabını əlimə almazdım yəqin ki. Digər çox bəyəndiyim bəzi kitabları qədər (Kinyas ve Kayra, Daha, Ziyan) yaxşı olmasa da ağırlıq cəhətdən onların hamısını üstələdi demək olar ki. Kitabda gah 12 yaşlı Zarganadan gah da yetkin Zarganadan, onun həyatından, yaşadıqlarından danışılırdı. Açığı kitab 2 tərəfli idi, mövzu, hekayə, cümlələr, oxutmaq istənilən məğz, keçişlər o qədər qarışıq idi ki, oxuyub irərlədikcə yenidən 10, 15 bəzi yerlərində hətta 50 səhifə əvvələ qayıdıb yenidən oxumalı oldum və ən az səhifəyə sahib bu kitab H. Günday kitabları arasında ən gec bitirə bildiyim kitab oldu, demək olar 1 həftə. Açığı H. Günday bu kitabda biraz mübaliğə edib, məncə. Sadəcə yaşanılan pis hadisələr, obrazların bir-birlərinə etdikləri, heç yaxşı bir şeylərin olmamağı, kitabda dəyişməyən o çizgi məni o qədər yordu ki. Onsuz H. Günday oxuyursuzsa və az-çox onun qələmini tanıyırsızsa oxuduqlarınızda ürək açacaq bir şeylər tapmayacağınızı bilərsiz. Amma bu kitab, pis səslənsə də deyəcəm, qurğunun da qurğusu, ağın da çıxarılmış ağı idi yəni. H. Gündayı çox, çox sevsəm də, heyran olsam da sırf buna görə Zargana kitabını şaha qaldıra bilməyəcəm, təssüf. Kitabda insanı bir az həfif gülümsədən, könlünü açan yeganə gözəl şey Zargananın törətdiyi Victor cinayətini o balacadır deyə Betty-nin öz üzərinə götürməyi idi, başqa da heç nə. Kitab gözəl olmasa da, yenə də oxuduqca "Hakan Günday nələr bilirmiş belə" dedirtir insana. Adamın hər şeydən məlumatı var elə bil. Bu kitab haqqında səhifədə paylaşdığım son incələməni də bəyənə bilərsiniz instagram.com/hakangunday.aze...
ZarganaHakan Günday · Doğan Kitap · 20259bin okunma
Puan vermedi·420 syf.··
2023 12. kitabı
·
6 günde okudu
·
Okunma: 25 Nisan 2023 17:46
Ben Kinyas ve Kayradan başka böyle ağır bir kitabını okumam sanıyordum. Ama kalem Hakan Gündaya sahipse şaşırmamak lazımmış. Okumak o kadar uzun çekti ki, sırf piskolojim kaldırmadığı için. Hele Gaza'nın insan enkazının altındaki kadının cesetiyle yaptığı şeylerin olduğu bölüm.. O bölümü okuduktan sonra kitaba 2 gün dokunamadım. Kamyonun kaza yaptığı anı, depoda olanları, insan enkazı altında kaldığı günleri öyle bir detaylarla, cümlelerle yazmış ki, bunu yaşamayan bir insan nasıl bu kadar emin böyle hislerden diye düşünüyor insan. "Hakan Günday nerden biliyor bunları? Herhalde bir kamyondan kaza sebebiyle üstüne yağıp etrafında duvar yaratan insan enkazının ve cesetlerin altında kalmamıştır" dedirtiyor insana. Kinyas ve Kayradan sonra okuduğum en güzel ve ağır kitabıydı, ama mükemmeldi.
1000Kitap
DahaHakan Günday · Doğan Kitap · 202517,1bin okunma