M. Elmira

Puan vermedi·57 syf.··
2026 9. kitabı
·
5 saatte okudu
·
Okunma: 05 Şubat 2026 19:39
Dokunmanın Gücü Üzerine Bu kitab mənə xatırlatdı ki,güclü olmaq bəzən sərt dayanmaqla yox,ruhunun toxunuşuna icazə verməkdir, bəzən başqalarına da keçici olan gülüş ilə,bəzən bir bağ qurmaqla, bəzən də heç nə etmədən,sadəcə sükunətlə...Və bəlkə də gələcək,gün keçdikcə həyatın mənəvi tərəfini həbs edən və insanları da digitallaşdıraraq "palyatif"ləşdirən texnologiyada deyil,insanların bir-birinə yenidən toxuna bildiyi bir yerdədir. Kitabın mahiyyətini isə son cümlə çox dəqiq ifadə edir: «İnsanlar dokunmaya ihtiyaç duyarlar ve her düzlemde duyarlar: bedensel, ruhsal, zihinsel ve hatta metafizik olarak. Ancak bu şekilde Ben’lerinin hapishanesinden çıkabilirler. Dokunmanın önünde uzanan büyük bir gelecek vardırKitabla qalın)
Dokunmanın Gücü ÜzerineWilhelm Schmid · İletişim Yayınları · 20201,107 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
6/10
·152 syf.··
2026 6. kitabı
·
14 günde okudu
·
Okunma: 18 Ocak 2026 23:27
Kitabın adından dolayı daha psixoloji,elmi əsaslı araşdırma və tədqiqatlara,tutarlı praktikalara əsaslanacağını düşünürdüm... şəxsi inkişaf kitabı imiş. Duyğu və emosiyalar, bunların həyat və seçimlərimizə, davranışlarımıza təsirindən bəhs etsə də o qədər üzdən,səthi yanaşıb ki...Uzun zamandır oxuma listimdə idi və bir baxımdan xəyal qırıqlığı oldu. Yazarla ortaq yönümüz isə-kitabda Tal Ben Shahar'ın "Happier"kitabını sevdiyini yazıb.) Söhbət kimi bir kitabdır,bir də başına gələn sıradan hadisələri bəzən o qədər böyüdüb ki, düzdür, yaşadıqları və təcrübəsinə sayğı duyuram,lakin bir an düşündüm,biz yaşadıqlarımızı oturub bunlara danışsaq necə reaksiya verərlər?! :D Yəni,tipik american drama-queen vibe'ı aldım...not sorry Kitabın ümumən son 1/3 hissəsini daha çox sevdim,yəni bu perfectionism mövzularını araşdırırsınız və maraqlıdırsa, "wow" effect yaratmayacaq,ancaq şəxsi inkişaf yönünü daha çox sevirsinizsə, çox gözləntiyə girmədən,sakincə çayınızı götürüb bir araşdırmacının fikirlərini oxuyum deyirsinizsə sınaya bilərsiniz. (hər səfərində əksəriyyət şəxsi inkişaf kitablarını bəyənmədiyimi qeyd edirəm, əsas səbəb budur ki, adı üstündə-"şəxsi" inkişaf- personal development, hər kəsin yaşam yolu, seçimləri, olduğu fiziki-psixoloji durum, şərait və digər faktorlar fərqlidir.Və birinin sınadığı,öz inkişafına hər hansı nöqteyi-nəzərdən səbəb olan şeylər nadir hallarda sizinki ilə uyğunlaşa bilər.Yəni şəxsi inkişaf kitablarının əksəriyyəti tək məqsədi biznes və satış məqsədi güdən bir qrup insanın tipikləşdirilmiş cümlələr yığınıdır). Kitabla qalın!<3
İnsan ve Duygular
Mükemmel Olmamanın HediyeleriBrene Brown · Butik Yayınları · 2011615 okunma
"Kim olduğunu tapmaq yox,kim olmadığını bilmək"
Puan vermedi·120 syf.··
2026 3. kitabı
·
23 saatte okudu
·
Okunma: 04 Ocak 2026 18:03
Michel Foucault (1926–1984)Fransız filosofu və sosial nəzəriyyəçisidir.O, güc,bilik və cəmiyyət arasındakı əlaqələri araşdırmış,fərdiyyət, azadlıq və sosial sistemlərin görünməz mexanizmlərini tənqid etmişdir. Foucault’nun Özgürlük ve Bilgi əsəri fərdiyyət,azadlıq və cəmiyyətin içindəki güc münasibətlərini dərinləşdirilmiş bir perspektivlə araşdırır.Göstərir ki,həyatımızın mahiyyəti təkcə şəxsi seçimlərimizdə deyil,həm də içində yaşadığımız cəmiyyətin iqtisadi və siyasi strukturlarında,gündəlik davranışlarımızı məhdudlaşdıran və yönləndirən sistemlərdə yerləşir. Foucault fərdi azadlıq anlayışını sorğulayır: bəzən“özünü realizə etmək” kimi görünən davranışlar əslində incə,görünməz bir qəfəsin-sistemin tələlərinin içindəki məhdudiyyətlərdən başqa bir şey deyil.O,oxucunu düşündürür:azadlıq kim olduğumuzu tapmaq deyil,həm də kim olmadığımızı bilmək və yaşaya bilməkdir. Digər sevdiyim nüans isə bəzən fərqində belə olmadan özümüzü "etiketləyə" bilirik,ya da başqalarının bizi etiketləməsinə göz yumuruq və ya əhəmiyyət vermirik.(ən kiçik misal:sırf "kontent"məqsədilə 1dəqiqə içində əsassızca psixoloji diaqnoz(!)qoyan və bu yöndə təhsili belə olmayan yüzlərcə insanın informasiya kirliliyinə məruz qala bilirik). Bu zaman ola biləcək, reallaşması mümkün digər versiyalarımızdan imtina edərək,özümüzü bir növ sabotaj etmiş oluruq. Foucault azadlıq,bilgi və güc anlayışlarını bir-birindən ayırmadan, gündəlik həyatın görünməz sistemlərini açıq şəkildə ortaya qoyaraq düşünməyə,sorğulamağa sövq edir. #tövsiyə #kitablaqalın
Felsefe-Düşünce
Özgürlük ve BilgiMichel Foucault · Sel Yayıncılık · 202135 okunma
Lacan- Postfeminizm üzerine
Puan vermedi·81 syf.··
2025 43. kitabı
·
8 saatte okudu
·
Okunma: 30 Aralık 2025 20:44
Lacan ve Postfeminizm əsəri Jacques Lacan ’ın psixoanalizini postfeminist nəzəriyyə ilə birləşdirərək qadın kimliyi, individuallıq və subyektivliyin necə qurulduğunu araşdırır. Lacan’a görə subyekt dil və simvolik nizam içində formalaşır; bu isə “mən”in sabit və bütöv olmadığını göstərir. Postfeminizm bu fikirdən çıxış edərək qadını bioloji mahiyyət kimi deyil,diskurslar və güc münasibətləri ilə formalaşan dəyişkən bir kimlik kimi oxuyur. Kitab individuallığın hazır verilmiş olmadığını, arzu və “digərlərinin baxışı” ilə qurulduğunu vurğulayır. Lacan’ın “Qadın yoxdur” tezisi,(La femme n’existe pas) tezisinə görə uzun müddət qadın düşməni(misogynist)kimi yargılanıb.Bunun əsas səbəbi bu ifadənin çox vaxt kontekstdən qoparılaraq oxunmasıdır.) qadının inkarı deyil, universal qadın kimliyinin mümkünsüzlüyü kimi şərh edilir, yəni bəsitcə qadınlara məxsus olduğu kimi varsayılan, "qadın kimi davran"-kimi düşüncə və fərziyyələr sadəcə toplumun yarğıları və gözləntilərindən ibarətdir. Nəticədə əsər kimlik və qadınlıq anlayışlarını sabit kateqoriyalar kimi deyil, daim yenidən qurulan proseslər kimi düşünməyə çağırır.
Felsefe-Düşünce
Lacan ve PostfeminizmElizabeth Wright · Everest · 200225 okunma
Puan vermedi·159 syf.··
2025 41. kitabı
·
2 saatte okudu
·
Okunma: 11 Kasım 2025 11:56
Dil və Kainat insan təfəkkürünün iki sirli qatı olan dil və varlığın özünü tədqiq edən bir kitabdır. Müəllif üçün dildəki ən kiçik dəyişikliklərin belə düşüncəmizə, davranışımıza və hətta dünyanı qavrama tərzimizə təsirini göstərir. Bu yanaşma həm Sapir-Whorf hipotezini ,həm də Ludwig Wittgenstein in dil fəlsəfəsini xatırladır, (bəsit desək,“Sənin danışdığın dil, dünyanı necə gördüyünü müəyyən edir.”Yəni dil yalnız fikri ifadə etmir,fikir yaratmağa da kömək edir). Üslub olaraq kitab həm fəlsəfi,həm də poetikdir. Oxucuya birbaşa həqiqətlər vermir;əksinə, sual yaradır. “Dil və Kainat” dilçilik,fəlsəfə və metafizik düşüncə ilə maraqlanan hər kəsə tövsiyə edirəm. (Ayrıca bu app'də kitabın ilk və tək oxucusu olmaq da bir ayrıcalıq oldu). Kitabı anında əlavə etdikləri üçün de 1000kitap ekipine de çoxca teşekkürler).
Felsefe-Düşünce
Dil və KainatSurush Dabbağ · Parlak imzalar · 20171 okunma