Ax, kaş bircə onu da biləydin ki, tutduğun işlərin, dediyin sözlərin hamısında, lap mənə əzab versə də, əlləşib-vuruşub yaxşı bir şey tapmaq istəyirəm…
- Bilirsinizmi, SSRİ-də, hətta Azərbaycanın kiçik bir şəhərində də ədalətsizliyə yol verilirsə, mənə - “Pravda”nın ünvanına məktub yazırlar. Bu sizə məlumdur? Adamlar deyirlər: Karkov bizim dadımıza çatar.