"İndiyə qədər oxuduğum kitablar arasında mənə Əkrəmin bu yazısı qədər pis təsir edən, mənfi emosiyalar yaradan bir yazı olmamışdı və mən olduqca təəssüf etdim ki, Əkrəm Əylisli belə bir yazı yazıb..." — Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev.
"Kimsə deyir ki, Əkrəm müəllim Azərbaycanı aşağılayır. Əksinə, o, Azərbaycanı daha da ucaldır."— Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycanı tərk etmək məcburiyyətində qalmış erməni jurnalist Aleksey Manvelyan.
"Daş yuxular" rekviyem romanını oxuyarkən başda bəzi bəyənmədiyim, səhv gördüyüm hissələri seçib qeyd ettim. Ancaq oxumağa davam edəndə gördüm ki deyəsən bütün kitabı qeyd etməli olacam.
Əkrəm Əylislinin qələmindən oxuduğum ilk əsər olduğu üçün onun üslubuna hakim deyildim. Bu əsərdə işlədilən üslubü və hadisə aparıcıllığını çox bəyəndim. Əsər də elə buna görə yaxşı başlayır (kitabın mövzusundan qeyri olaraq).
Hadisələr insanı özünə çəkir oxuduqca oxumaq istəyirsən.
Hətta ilk 40-45 səhifədəki mövzuda belə böyük problemlər gözümə çarpmadı. Di gəl ki kitabın ardı elə deyilmiş.
"Әylisin ermәni әhalisinin nәinki gözlәmәdiyi, ümumiyyәtlә ağıllarına belә gәlmәdiyi halda, Әdif bәy başda olmaqla 30-40 türk atlısı bütün evlәrin qapısını döyür, ermәniyә dә, müsәlmana da bildirir ki, bәs, barışıq olacaq, bu sәbәbdәn hamı yığışsın filan ermәninin hәyәtinә. Camaat deyilәn yerә yığışır, türk әsgәrlәri müsәlman vә ermәnilәri ayırıb hәr topanı hәyәtin ayrı tәrәfindә sıraya düzür. Qәfil hardansa әmr eşidilir:
“Atəş”. Dörd bir tәrәfdәn hәyәtә cuman türk әsgәrlәri ermәnilәri güllәboran elәyirlәr. Çoxu yerindәcә qәtlә yetirilir, yaralananların, nәfәsi üstündә olanların başını ya xәncәrlә üzürlәr, ya da birәbir süngüdәn keçirirlәr. Qırdıqların elә hәyәtdә, bağçada xәndәk qazıb üstünü torpaqlayırlar. Tövlәdә, evdә