Uşaqlığımızın ən böyük xəyallarından biri oxuduğumuz hekayənin, izlədiyimiz cizgi filminin içinə girmək idi, elə deyil? Və ya həyətdə oynadığımız zamanlar, qaydaları özümüzün qoyduğu, reallığın itdiyi o anlar...
Sürrealizmin və absurdun dünyasına xoş gəldiniz.
Bu kitabda gerçəklik və xəyal aləmi bir-biri ilə harmonik bir ahəng təşkil edir. Ən maraqlısı isə budur ki, bunu yaşayanlar hər gün, hər an görə biləcəyimiz sıradan insanlardır.
Kimisi Neo kimi Leo olur, bəzisi lənətlənir, amma bundan istifadə edir; kimisi isə intiharın üç fərqli versiyasını təqdim edir...
Kitab da dediyi kimi : "Onsuz da gerçək çox sürreal deyilmiş kimi"
Bu arada, kitabdakı sosial və dini metaforalar çox güclü, həm də olduqca gözəldir.