O, külək olduğu üçün başını zibil qabına soxub, nədənsə qisas alacaqmış kimi var-gücü ilə tüpürdü. Dikəlib cibindən çıxardığı dəsmalla burnunu sildi, dayandı, dayandı, soruşdu:
– Heç kimin yoxdur buralarda?
– Yox – yaşı qırxdan çox olan, sifətdən ata oxşayan, kök, bığlı taksi sürücüsü başa düşə bilmirdi nə üçün, hansı səbəbdən durub bura gəlmişəm,