Haralısan?" Dedim: "Qarabağlı" Dedi: "Ora niyə Qarabağ deyirlər?" Dedim:"Çünki hər şeyimiz qara bağlıdır, bir kəs ilə haqq-hesabımız da olanda; qarın üstünə yazırıq, möhkəm qalsın."
Qədimdə müsəlman Şərqində ədalətli bir xəlifə yaşayırmış. O, bir gün qərar çıxarır ki, yalnız müalicə olunmuş xəstələr həkimə pul versinlər, sağalmamış xəstələrdən isə həkimin pul almağa haqqı yoxdur. Xəlifə hesab edirdi ki, həkimin vəzifəsi xəstələri sağaltmaqdır. Sağaltmayan həkim vəzifəsini tam icra etməyib, deməli, pul almağa da haqqı yoxdur. Nəticədə həkimlər xəstələrini sağaltmaqda daha çox maraqlı oldular. Tez bir zamanda həmin xəlifənin məmləkətində xəstəliklərin kökü kəsildi. Ancaq indi həkimin pulunu qabaqcadan ödəyirik ki, ölsək, borclu qalmayaq. Bax əgər ölkəmizdə də dövlət yalnız açılmış cinayətə görə qardaya pul ödəsə, o zaman açılmamış cinayət qalmaz.