Insanlar isə özlərini unudublar. Onlar insan olduqlarını unudublar. Sən kimsən? Mən şagirdəm. Sən kimsən? Mən tələbəyəm. Sən kimsən? Mən əsgərəm. Sən kimsən? Mən biznesmenəm. Sən kimsən? Mən ərəm. Sən kimsən? Mən valideynəm? Sən kimsən? Mən qocayam. Sən kimsən? Mən xəstəyəm. Sən kimsən? ... Sən kimsən hə? Səs gəlmir. O artıq bilmir.
Bizdə hər şey baş-ayaqdır:papaq (pa-farsca ayaq)ayaqqabı deməkdir,başmaq baş qabı deməkdir;bir xalq ki,ayaqqabını başına ,baş qabını da ayağına geyə,onun işi həmişə baş-ayaq olar...