Peşəkarlar təsadüflərə inanmırlar, bu bütün dünyanın əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat orqanlarında qəbul edilmiş yazılmamış qanundur. Ancaq məntiqə əgər leksikonumuzda “müstəsna” sözü varsa, deməli, bu sözə uyğun müstəsna hallar da mövcud olmalıdır, yoxsa sadəcə bu söz də olmazdı.
“İnsanın yalnız bir arzu-meyillə— öz ruhunu məmnun etməklə hərəkətə gətirildiyini və öz işi üçün şəxsi mükafat tələb etmək haqqı olmayan bir maşın olduğunu dərk edərək bundan sonra axtarış edə bilmərəm.”
Ürəyin sıxılıb parçalansa da, divar lar üstünə gəlsə də, daşıyırsan. İnsan sevincini, kədərini bölüşməyə, ürəyini boşaltmağa, lazım gəldikdə məsləhət almağa, yol getməyə münasib bir munis axtarır. Bu axtarış bir müddət davam edir. Bəzən nə qədər axtarsa da, bu böyük dünyada bir nəfər də olsun, ona qulaq asacaq, yoldaş olacaq həmdəm tapa bilmir. Dünya insanlarla doludur, ancaq onların hamısı üçün yalnız özləri maraqlıdır. Heç kimi digərinin sıxıntıları düşündürmür. Hamı üçün yalnız öz həyatı maraq və diqqətəlayiqdir. Hər kəs yalnız öz əsərini oxumaq, öz hekayəsini yazmaq istəyir.
Bəlkə də, insanın həyatdakı ən ali hədəfi Allahı tapmaq yox, Allahı axtarmaqdır. Bir şey dəqiqdir: bu axtarış, nəticə verib-verməyəcəyindən asılı olmayaraq, müqəddəsdir.
Səadət axtarmaq əslində elə Yaradanı axtarmaqdır. Axtardığımız səadət Onu tapmaqla başlayır, Onunla barışmaqla, Onu qəbul etməklə. Sən, Villi, indiyə kimi Tanrının olmadığı səadəti axtarırsan, tapmısanmı? Sənin kimi minlərlə, milyonlarla insan bu cür səadət axtarışından əliboş qayıdırlar. Bizə Yaradan öz ruhundan üfürüb. Ona qovuşan kimi də ruhumuz aram olur, çünki gəldiyi yerə qayıtmış olur. İnsan istədiyi hər şeyə qovuşsa da, həyatında Tanrı olmadıqca heç nəyin mənası yoxdur. Daim iztirab, gərginlik, bitməyən axtarış içində olacaq.