Puan vermedi
Asəf Hüseynov - “İNEFFABLE” Kitab məşhur bir biznesmenin – Mənsur Əfəndiyevin bağ evində öldürülmüş vəziyyətdə tapılması ilə başlayır. Bu müəmmalı cinayətin üstünü açmaq üçün iş müstəntiq Aslan bəyə tapşırılır. Və ona bu çətin araşdırmada iki yaxın dostu - köməkçisi Qəmzə xanım və Yusif bəy kömək edir. Bu üç nəfər birlikdə cinayətin izinə düşürlər. Mərhumun çox qeyri-adi bir üsulla və fərqli bir silahla öldürülməsi hekayəyə xüsusi bir maraq qatır və oxucunu kitaba bağlayır. İlk növbədə onu demək istəyirəm ki, kitabın bəzi yerlərində cümlələr çox mürəkkəb və qarışıq idi. Əsər zatən detektiv janrdadır, onsuz da axtarış içindəyəm. Bunun üstünə bir də yazıçının vergüllərdən istifadə edərək cümləni dayanmadan uzatması, eyni cümlə içində bir fikirdən digərinə keçməsi oxumağı daha da yorucu edirdi. Hətta kitabın ortalarında bir cümləni yoxlamaq üçün saydım və bir cümlənin içində tam 113 söz var idi. Bir cümlə üçün bu həddindən artıq çox deyilmi? Bu qədər uzun və qəliz cümləyə nə gərək var? Dəfələrlə məni yenidən əvvələ qayıdıb eyni yeri təzədən oxumağa məcbur edirdi. Təbii ki, bu, bütün kitab boyu belə deyildi, sadəcə müəyyən yerlərdə qarşıma çıxırdı. Bəlkə də sadəcə mənə mürəkkəb gəldi, bəlkə də başqa oxucular üçün kifayət qədər sadə və anlaşıqlı olub-olacaq, bilmirəm. Kitabın içində təqdirəlayiq və alqışlanacaq mövzulara toxunulub. Xüsusilə nəşriyyatlar, kitab satışı və mütaliə ilə bağlı yazılanlar. Müəllif bəzi nəşriyyatların gənc yazarlara şərait yaratmamasından, daha çox pul gətirən məşhur kitablara üz tutmasından danışır ki, bu da günümüzün reallığıdır. Əslində hər bir insan gördüyü işdən pul qazanmaq istəyir, buna söz yox. Amma maddi qazancla yanaşı, cəmiyyəti maarifləndirmək və istedadlı gəncləri üzə çıxarmaq üçün də nəsə etsələr, çox gözəl olar. Yazıçının kitabda
İneffableAsəf Hüseynov · Əlfəcin Nəşriyyatı · 202422 okunma
Boşa keçən axtarış ya da ümidlər
9/10
·44 syf.·
Beğendi
·
2026 34. kitabı
Ümid insanı hər zaman canlı tutan əsas nəsnələrdəndir. Ancaq burada ümidlə bərabər bir kibir də var. Qəbilə başçısı və öncəki başçının oğlu olması. Verdiyi hədiyyələrə ilişib qalması bütün həyatını əslində çox gözəl bir macəraya çevirib. Sadəcə olaraq o nəticəyə fokuslandıığı üçün heç bir macəranın dadını tam almır. Üstəlik nəticə heç gözləmədiyi kimi olur. Ancaq o dövrdə insanların verdiyi sözlərə olan sədaqətinə heyran olmamaq mümkün deyil
İnsanlar ve Duygular
Bir Kuzey MacerasıJack London · Aperatif Kitap Yayınları · 202125,4bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Puan vermedi
Signor Bayramlı Məhəmməd - “Samuray” Tam bir “çərəzlik”, aksiyon dolu, film dadında bir kitabdan danışmaq istəyirəm. Yenə təsadüfi barter nəticəsində əlimə keçdi və “kiçik həcmlidir, tez-bazar oxuyaram” deyib başladım, elə başladığım kimi də bitirdim. Yazıçı ilə ilk tanışlığım olsa da, deyə bilərəm ki, qələmi həqiqətən də maraqlıdır. Fantastik janrda oxuduğum kitablar arasında “Samuray” özünəməxsus yerini tutdu. Düzünü desəm, kitabın əvvəlləri bir az sıxıcı idi, nə baş verdiyini, mövzunun hara getdiyini tam anlaya bilmirdim. Amma bir neçə səhifədən sonra hekayə maraqlı bir sürət aldı. Yazıçı sujet xəttindən kənara çıxmır, oxucunu yormur və əsərdən uzaqlaşmır. Məni ən çox cəlb edən kitabın qurğusu oldu. Hadisələr, obrazların keçmişi və tarixi faktlar bir-birinə o qədər səliqəli bağlanıb ki, hər yeni səhnədə “həə, deməli bu buna görə imiş” deyirsən. Kitab detektiv bir axtarış və cinayətlə başlayıb, Yaponiya tarixinin müharibələrinə qədər uzanır. Lənətlənmiş bir samuray - Koneya, illər öncənin sirri və bu lənəti aradan qaldırmağa çalışan obrazların fədakarlığı və sevgi uğrunda nələrin qurban verilməsi - hər biri çox gözəl işlənib. Kitabın sonunda elə də böyük bir “vau, möhtəşəm” deyə bilmirsən. Amma gəl ki, gedişat o qədər sürətli və həyacanlıdır ki, “görəsən nə olacaq?” deyə-deyə səhifələri çevirirsən. Yazıçı oxucunu maraqda saxlamağı əla bacarıb. Əgər 2-3 saat ərzində bitirə biləcəyiniz, yüksək həyəcanlı və axıcı bir şey axtarırsınızsa, “Samuray”-ı tövsiyə edirəm, maraqlı idi. Bu qədər.. Uğurlar arzulayıram Signor Bayramlı Məhəmməd Digər kitablarda görüşmək ümidi ilə.. Hörmətlər...
1000Kitap
SamuraySignor Bayramlı Məhəmməd · Mücrü nəşriyyat · 202310 okunma
Təsadüfdən daha artığı...
Puan vermedi·230 syf.··
2025 18. kitabı
​Bəzən bir kitab oxuyarsan və sanki müəllif illərdir sənin içində toplaşan amma adını qoya bilmədiyin o hissləri sətirlərə tökər. Hakan Mengüçün bu əsəri mənim üçün sadəcə bir kitab deyil, həyatımın bu mərhələsində qarşıma çıxan ən zərif bələdçi oldu. ​Kitabın adı bir hökm kimi qəlbimə toxundu: "Heç bir qarşılaşma təsadüf deyil." Həqiqətən də, həyatımıza daxil olan hər insan, oxuduğumuz hər sətir, gözlədiyimiz hər işarət əslində böyük bir naxışın hissəsidir. Bu kitabı oxuyarkən anladım ki, biz bəzən "niyə?" deyə özümüzü yorduğumuz anlarda, tale arxa fonda bizim üçün ən xeyirli olanı hazırlayır. Hakan bəyin sufi müdrikliyi ilə yoğurduğu o səmimi dili, mənə "təslimiyyət"in zəiflik deyil, əslində ən böyük güc olduğunu xatırlatdı. ​Mən bu sətirlərdə özümü tapdım. İtirdiklərimin əslində məndən alınmadığını, sadəcə daha yaxşısına yer açıldığını, qəlbimdəki o saf arzuların, sevginin, hüzurun, zənginliyin əslində mənə doğru gələn bir yolun daşları olduğunu hiss etdim. Kitab mənə öyrətdi ki, mən öz dəyərimi bildikdə və kainatın o gizli harmoniyasına güvəndikdə, "doğru olan" gəlib məni mütləq tapacaq. Sanki ruhumun dərinliklərində gizlənən o incə mənaları, o zərif işarətləri artıq daha aydın görürəm. ​Kitabdan ruhuma həkk olunan, hər kəsin öz həyatında bir yerə asmalı olduğu o möhtəşəm cümlə: ​"Sən qəlbinin qapılarını təmiz saxla; sənə aid olan, sən istəməsən belə, gəlib səni tapacaqdır. Çünki heç bir dua qarşılıqsız, heç bir axtarış nəticəsiz qalmır." ​Bu əsər mənə "səbir" etməyi deyil, "gözləməyin gözəlliyini" öyrətdi. İndi həyata daha fərqli bir gözlə baxıram. Bilirəm ki, qarşılaşdığım hər sima, toxunduğum hər hekayə mənə məni anladır. ​Əgər siz də həyatın xaosu içində ruhunuzun darıxdığını hiss edirsinizsə, bu kitabın qəlbinizə toxunmasına icazə verin. Ola bilsin ki, bu rəyi
Duygu ve Düşünce
Hiçbir Karşılaşma Tesadüf DeğildirHakan Mengüç · Destek Yayınları · 20217,4bin okunma
5/10
·240 syf.··
2026 1. kitabı
·
21 saatte okudu
·
Okunma: 15 Mart 2026 16:14
Brida – Paulo Coelho’nun ruhani axtarış və özünü kəşf mövzusunda yazdığı bir romanıdır. Kitab gənc Bridanın daxili səsini dinləməyi, qorxularını aşmağı və həyat yolunu tapmağı öyrənməsini izah edir. O, həmçinin: - Daxili səsə qulaq asmağın vacibliyini, - Qorxuları tanımaq və onlarla üzləşməyi, - Sevginin yalnız hiss deyil, ruhani inkişafın bir hissəsi olduğunu, - Həyatın enerjidən ibarət olduğunu, - Cəsarətlə seçim etməyin və risk almağın önəmini öyrənir. Sadə və metaforik dili ilə düşündürür, lakin kitabın yarısından sonra tempin yavaşlaması və sonun açıq qalması mənim üçün sıxıcı idi. Ruhani dərsləri qiymətlidir, amma hər kəs üçün hekayəsi tam qaneedici olmaya bilər.
BridaPaulo Coelho · Qanun Nəşriyyatı · 20243,964 okunma
10/10
·88 syf.··
2026 1. kitabı
Adama elə gəlirdi hər an "20-ci Sahədə" ikinci bir 20 yanvar törədəcəklər. - Orxan Saffari "20-ci sahə" kitabından. Əvvəla onu deyim ki, tənqidlərimi Orxanın özünə bildirdim, bu yazı isə tənqid yox, analiz üçün yazılıb. Hekayələrin analizinə keçməzdən öncə Orxanın özünə bildirdiyim tənqidlərin bir neçəsini sizlərlə bölüşün: Düşünürəm ki, Saffari bu kitabda potensialını tam ortaya qoya bilməyib. Buna baxmayaraq potensialına aid lazım olan qığılcımlar hiss olunurdu. Bir neçə hekayəsini mükəmməl saymaq olar, amma ümumilikdə hekayələrin çoxunda boşluqlar hiss olunurdu. Ümumilikdə desəniz ki, kitabının ən müsbət cəhəti nədir? Çox axıcıdır və təsvirlər zamanı adamı yormur. Lazım olan yerdə lazım olan qədərini təsvir etmək bacarığı müəllifin qabında nəsə var dedirdib. Amma rus sözlərini lazım oldu, olmadı soxuşdurub bəzi hekayələrə. Həmin o bəzi hekayələrdə küçə dili ilə danışarkən rusca sözlər tuturdu, amma hərdən də "obşak", "uje", "tasofka", "parkovka" tipli bu sözlər adamda ikrah hissi oyadırdı. Başqa bir adamı yoran məsələ var idisə, o da söyüşləri yerli yersiz istifadə etməyə çalışması idi. Yəni dilimizdə bu sözlərin qarşılığı varsa niyə işlədəsən ki? "Tak toje" də obrazın yox, müəllifin "slovarında" olan "istoriyalarda" olması "nujeli?" Sualını verdirtdirirdi. ----------------------------------- Başlayaq mənim üçün fərqli saydığım hekayələri analiz etməyə: Kimsəsizlər Qəbiristanlığı Kitabın ən güclü iki hekayəsindən biri idi. Hekayənin ən güclü tərəfi "O, ilk dəfə idi tək yatırdı" cümləsinin keçirdiyi transformasiyadır. Hekayənin əvvəlində: Jurnalist (Orxan) bu cümləni sadəcə oxucu cəlb etmək, bir az da rəhmsiz və soyuq bir peşəkarlıqla reportajına "pafoslu" bir başlıq kimi düşünür. Bu, öldürülmüş bir fahişəyə qarşı kinayəli, bəlkə də bir az mühakiməedici bir
20-ci SahəOrxan Saffari · Qanun Nəşriyyat · 20244 okunma