Şəxsi inkişaf kitablarına qərəzli yanaşıram. Amma niyəsini bilmirəm. Düşünürəm ki, daha çox analitik kitab oxurların bəyənməməsidir. Bəs görəsən, mən nə düşünərdim?
Şəxsi inkişaf kitablarından ikincidir oxuduğum. Bundan öncə İzgörenden oxumuşdum və o, kitabını bu adla tanıtmır. Hərçənd budur.
Digəri isə hazırda oxuduğum İkigai-dir. Bu da bələdçi kitabdır.
Sosial mediada paylaşılmış bir kitab gördüm təzəlikcə. Reklam edilirdi və kitabda şəxsi inkişafı manipulatif bacarıqların inkişafı üzərindən tərif edirdi. Yəni əsasən də kişilərə necə yaxşı idarə edə bilərlər onu öyrədirdi.
Mənim şəxsi inkişaf kitablarında tək ölçü vahidim budur;
Kitab mənə özümlə bağlı dəyişimlər vəd edir, məni başqaları ilə müqayisədə güclü etmir, bir qismi günahlandırmır.
Oldumu bunlar, oxuyum, getsin.