Bəli, həmin o məşhur The Shawshank Redemption filmi məhz bu əsərin əsasında yazılıb. Dünya kinosunun əfsanəsinə çevrilmiş bu film 7 “Oskar” nominasiyası alıb və illərdir IMDb-də ən çox baxılan və ən yüksək reytinqli film olaraq qalır. Filmde Tim Robbins və Morgan Freeman kimi aktyorlar baş rollarda çıxış edir.Kitab isə filmdən də öncə oxucuların qəlbinə yol tapıb. King-in bu hekayəsi sadəcə qaçışdan ibarət deyil – azadlıq, ümid, iradə və insanın sınmaz gücü barədədir.
Spoiler
Əsərdə gənc bankir Endi haqsız yerə ömürlük həbs cəzası alır. Şauşenk divarları arasında o, illərlə sakit, ağıllı və soyuqqanlı davranır. Orada dostlar qazanır, kitabxana qurur, hətta həbsxana rəhbərlərinin maliyyə işlərinə kömək edir. Amma bütün bu illər ərzində o, gizli şəkildə azadlıq planı qurur – kiçik bir çəkiclə divarı deşə-deşə on illər boyu gizli bir tunel açır.Hər kəs onun sadəcə həyatla barışdığını düşünərkən, əslində o, hər gecə azadlığa bir addım da yaxınlaşır. Və bir gün həmin qaçış günü gəlib çatır – çirkab dolu boruların içindən keçərək illərlə gözlədiyi azadlığa qovuşur.
Burada oxucu üçün ən böyük dərs odur ki, həyat bizə çox ağır zərbələr vura bilər. Amma iradəmiz və soyuqqanlılığımızı qorumaq bizə çıxış yolu tapmaq imkanı verir. Endini digər məhbuslardan fərqləndirən də məhz bu idi – o, nə qədər zülm görsə də, soyuqqanlılığını və ümidini itirmədi.
Çünki insan panikaya qapılanda uduzur, amma soyuqqan qalan hər zaman bir addım öndə olur. Çətinliklər bizə qalib gəlmək üçün deyil – bizim səbrimizi, gücümüzü göstərmək üçün var.Həyat fırtınasında qışqırmaq yox, sakit dayanmaq və çıxış yolunu görmək insanı qalib edir.
Endinin hekayəsi də bunu sübut edir: soyuqqanlılıq insanı azadlığa aparır. Əsərin sonunda isə o, dostu Red-ə azadlıqdan sonra görüşmək üçün izlər qoyur və iki dostun
"Anladım galiba ama artık çok geç değil mi?"
"Hayatta hiçbir şey için geç değildir. Önemli olan senin bu günden başlayarak çevrenle ilişkilerinde eskisi gibi davranmaman"