Salamm!!
Bu gün də detektiv kitablarla gəldimm. Gənc yazarlarımızdan olan Qüdrət bəyin qələmi həqiqətən də gözlədiyimdən daha çox məni özünə bağlı etdi. Normalda siyasət, tarix mövzularını sevmədiyim üçün bu kitab aylarla rəfimdə qaldı, amma peşman oldum artıq. Oxuduqca içimdən sanki hər bir obrazı yaxından tanıyıram, hər biri ilə ünsiyyətim olub kimi bir hiss keçirdi. Bunu isə dialoqlardakı səmimiyyətə borcluyam.
Gələk kitabın mövzusuna, əslində bir kitabdan deyil, ikisindən danışacam. Digəri əlimdə olmadığı üçün sadəcə "Bəyaz cəhənnəmdə qanlı üfüq" paylaşa bildim. Deməli burada hər şey itkin düşən üç gənclə başlayır. Lakin bu gənclər sıradan biriləri deyil, hər biri dövlət üçün çox əhəmiyyətli vətəndaşlardır. Qaçırılmalarında da ən böyük səbəb elə budur. Kitabda Azərbaycanla Çinin münasibəti, Çinlə Amerika, İtaliya və s. münasibətlərinə də toxunulub. Üç gəncin axtarışı ilə başlayan kitab sonradan çox fərqli və çox maraqlı şəkil aldı. Bu gəncləri qaçıranlar kim idi? Gənclərin aqibəti necə oldu? İkinci kitab olan "Bəyaz cəhənnəmdə əbədi ömür" də hadisələrin davamında nələr baş verir?
Əslində nə desəm hər biri spoiler olacaq deyə əlavə danışa bilmirəm. amma detektiv sevənlərin oxuyub bəyənəcəyinə əminəm!
Üçüncü kitab isə hələ nəşr olunmayıb. Amma səbirsizliklə gözləyəcəmm. Yazara fəaliyyətində uğurlar arzulayıram!
Ümumilikdə əsəri çoxxx sevdim.
Kitabla qalın!
Oxuyacaq olanlara xoş mütaliələr!