Gözlərinə de ki,
girməsinlər yuxuma,
nə kədərli,
nə sevincli,
nə şirin vədəli.
Dodaqlarına de ki,
çəkilsinlər xəyalımdan
pıçıltılı,
gileyli,
hədəli!
~R.Rza
Biz səninlə bir sevginin
Gizlənqaç oyununa başladıq.
Mən səni, sən də məni tapmalıydıq,
Gec açdıq gözümüzü,
Deyəmmədik sözümüzü.
Məni də, səni də özgəsi tapdı.
~T.Həmid
Sonuncu ölən ümidlərdir... Bəlkə, ümidlər, ümumiyyətlə, heç ölmürlər, insan öldükdən sonra onun ruhunun içinə çökürlər? Sonra da ruhla birgə yaşayırlar?... Ruhu da ölməyə qoymayan, bəlkə, haçansa cismə dönə bilmək ümididir?...