Ayya blog

"Freydçi məhkəmədə uşaqlarının səhvinə görə günahlandırılan ata və ananın bəraət almaq şansı Stalin məhkəmələrindəki müttəhimlərin şansı qədər azdır."
Sayfa 398·Kitabı okudu
Reklam
"Orta əsrlər Avropasında zadəganlar öz pullarını laqeydcə ifrat dəbdəbəyə xərcləyir, kəndlilər isə hər qəpiyi sayaraq qənaətlə yaşayırdılar. Bu gün isə vəziyyət tam əksinədir: zənginlər öz sərmayə və sərvətlərinə böyük diqqət göstərir, az təminatlı insanlar isə kredit götürərək çox da ehtiyac duymadıqları avtomobillər və televizorlar alırlar."
Sayfa 385·Kitabı okudu
Ekonomi
"Hər il ABŞ əhalisinin dieta üçün xərclədiyi pul, dünyadakı bütün ac insanları doyuzdurmağa kifayət edər."
Sayfa 384·Kitabı okudu
"Kredit gələcəyin hesabına bu günü inşa etməyə imkan verir və gələcəkdəki resurslarımızın bugünkü resurslardan daha çox olacağı ehtimalına əsaslanır."
Sayfa 341·Kitabı okudu
İktisat & Ekonomi
"Müasir iqtisadiyyatın tarixini anlamaq üçün yalnız bir sözü dərk etmək lazımdır: artım. Müasir iqtisadiyyat yaxşı və pis gündə, necə deyərlər, xəstə və ya sağlam vaxtlarında, hormon verilmiş bir yeniyetmə kimi əlinə düşən hər şeyi yeyərək və sürətlə boy ataraq böyüməkdədir."
Sayfa 338·Kitabı okudu
İktisat & Ekonomi
Reklam