"Ovçu-toplayıcıların nə hiss etdiklərini bildiyini iddia edən alimlərin nəzəriyyələri Daş dövrü dinlərindən daha çox bu alimlərin öz zehniyyətlərinə işıq salır."
"Teizm (yunanca tanrı mənasını verən "theos"dan) dünya quruluşunun insanlar və qeyri-bəşəri varlıqlar arasında iyerarxik münasibətlərə əsaslandığını irəli sürür."
"Animizm (latınca "ruh" mənasını verən "anima"dan) hər yerin, hər bitkinin və hər təbiət hadisəsinin şüur və hissləri olduğuna və insanlarla bilavasitə ünsiyyət qura bildiyi fikrinə əsaslanır.
Animizm spesifik din deyil. Bir birindən çox fərqli din, etiqad və kultun ümumi adıdır."
"Əkinçilik və sənaye ortaya çıxdıqda insanlar həyatda qala bilmək üçün digər insanların bacarıqlarına daha çox güvəndilər və "kəmağıllar üçün yeni fürsətlər" meydana gəldi."