Ömrümüzün bir gün bitəcəyindən qorxuruq. Halbuki həyatın heç başlamayacağı fikri daha qorxuludur. Çoxları yaşamağa başlamayıblar. Başlamayan bir şeyin bitməsindən qorxmazlar...
Mən həmişə düşünürdüm ki, insanın əlindən hər şeyi alınsa, o, ilk fürsətdə mütləq intihar edər. Bunu psixoloqlar da deyirdilər. Ancaq, demək, psixoloqlar insanın bu halından xəbərsiz olublar. İnsanın əlindən alınan hər şeyin içində insanlığı da olarsa, o zaman o, intiharı özü üçün çox görər...
Bir çox insanların xislətidir: iyrənc bildikləri nəsnəyə tapınmaq, əksiltdikləri şey qarşısında səcdəyə düşmək, bu gün pis bildiklərini sabah yaxşı bilmək...