İnsan ata ilə ananın ittifaqından dünyaya gəlir. Bu iki başlanğıcın tərbiyəsiylə də formalaşır: ana onu mənəvi, ata isə ictimai cəhətdən tərbiyə edir. Biri sevməyi, digəri isə sevgini düzgün ifadə etməyi öyrədir. Daha sonra insan kamillaşmək üçün öz yarına qovuşur. Ər və arvad bir-birini tamamlayır, dolğunlaşdırır və bundan sonra yeni hayata başlanğıc verirlər. Ailə iki başlanğıcın birliyindan yaranır.