Çölde çiçek oldum, çemende naxış, Şimşekde od oldum, buludda yağış Sirli bir göz gördüm, nurlu bir baxış, Çevrildim çeşmeye, qarışdım çaya, Seni sevmek üçün geldim dünyaya.
Bəzən insan öz yarasında ev tikər
Ləpirçi: Mən Yeməli Deyiləm Bəzi kitablar var ki, onları sadəcə oxumursan — yaşayır, hiss edir, hətta bəzi yerlərində özünü itirirsən. “Mən yeməli deyiləm” mənə görə məhz belə kitablardandır. Çünki bu kitab hadisələrdən çox, insanın içində baş verən görünməz savaşlardan danışır. Elə savaşlar ki, başqaları görmür, amma insanı içəridən yavaş-yavaş dəyişdirir. Kitabı oxuduqca bir şeyi başa düşürsən: insanın ən təhlükəli düşməni həmişə qarşısında dayanan biri olmur. Bəzən ən təhlükəli düşmən insanın öz beynidir, qorxularıdır, susdurduğu hissləridir. Biz həmişə elə bilirik ki, həyat bizi insanlar vasitəsilə yaralayır. Kiminsə xəyanəti, yarımçıq qoyduğu sevgilər, deyilən ağır sözlər bizi dəyişdirir sanırıq. Amma insan bir az dərinə baxanda anlayır ki, əslində onu ən çox incidən yaşadıqları deyil ,yaşadıqlarından sonra içində böyütdüyü səssizlikdir. Çünki bəzi ağrılar keçmir, sadəcə formasını dəyişir. İnsan onları unutduğunu zənn edir, amma onlar sakitcə ruhun bir küncündə yaşamağa davam edir. Bir gün bir söz, bir baxış, bir xatirə hər şeyi yenidən oyadır və sən anlayırsan ki, bəzi yaralar bağlanmayıb, sadəcə üstü örtülüb. Məncə kitabın ən ağır tərəfi insanı öz həqiqəti ilə üz-üzə qoymasıdır. Çünki insan özünü tanıdığını düşünür, amma əslində çox az adam öz içini həqiqətən tanıyır. Biz özümüzə belə maska taxırıq. Güclü görünməyə çalışırıq, normal görünməyə çalışırıq, heç nə olmamış kimi davranırıq. Amma insan özündən qaçanda qəribə bir şey baş verir : getdiyi hər yerə öz ağrısını da aparır. Sən şəhər dəyişirsən, insanlar dəyişirsən, həyatını dəyişirsən, amma içində həll etmədiyin şeylər səninlə gəlir. Çünki insan dünyadan qaça bilər, amma özündən qaça bilmir. Bəlkə də kitabın adına görə ən dərin məna elə budur: “yem” olmaq. İnsan həmişə düşünür ki, yem olmaq yalnız başqalarının
İnsan ve Duygular
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Elxan Yurdoğlu - O Gecə Dünyanın Ən Gözəl Gecəsiydi
Gəzdik bizim şəhəri axşamdan səhərədək, Göz-gözə, baxış-baxış, əl-ələ, ürək-ürək. Kim o sirli gecəni bizim qədər sevəcək? Həyəcandan unutdum iyunun neçəsiydi? O gecə dünyanın ən gözəl gecəsiydi. Qovarkən bu şəhərdən ayrılığı, təkliyi, Küçə işıqlarından aldıq mübarəkliyi, Dəli şair o qızın hamıdan gizlətdiyi, O qız da şairinin biriydi, bircəsiydi, O gecə dünyanın ən gözəl gecəsiydi. Heç düşünmürdük də necə olacaq sonluq, Bir gecəni birlikdə baş-başa başa vurduq. Hansı döngəyə girsək sevincdən uçunurduq, Hər küçəsi elə bil xoşbəxtlik küçəsiydi, O gecə dünyanın ən gözəl gecəsiydi. Nələr yaşamışdıqsa bir-bir səhifələdik, Bir möcüzə gecəni sevgiylə sirr elədik. Günəşin doğuşunu birlikdə seyr elədik, Bu bizə hədiyyətək sübhün əyləncəsiydi, O gecə dünyanın ən gözəl gecəsiydi. Həmin gecə bu şəhər ətrinlə ətirləndi, Ulduz yağışlarına ağaclar çətirləndi. Baxışların şeirimdə sözbəsöz sətirləndi, Gülüşün son misramın birinci hecəsiydi, O gecə dünyanın ən gözəl gecəsiydi.
Şiir
Bəs siz 1000kitapla necə tanış olmusunuz?
5 il əvvəl YouTube-da kitab incələmələri axtararkən diqqətimi çəkmişdi və eləcə yükləmişdim(ən azından belə xatırlayıram). İllərdir buradayam və zaman keçdikcə bura mənim üçün daha artığına çevrildi. Fərqli baxış bucaqları, maraqlı oxucular, müxtəlif zövqlər- hər biri mənim üçün ayrı bir məna idi. Və şadam ki, buradakı şəxslərin böyük əksəriyyətini birləşdirən ortaq şey kitablardı. Yaxşı ki, kitablar var 🥳
1000Kitap

1000Kitap

@1000Kitap
·
1000kitap’la nasıl tanıştınız?
Bugün 1000Kitap’ın doğum günü sevgili okurlar. 14 yıldır kitaplarla, alıntılarla, incelemelerle ve paylaştığınız her güzel cümleyle bu topluluğu birlikte büyütüyoruz. Türkiye’nin en büyük okur topluluğunun bir parçası olduğunuz için her birinize teşekkür ederiz. İyi ki varsınız. ❤️
Ey gedən yar, könlümü vəslinlə yandır, sonra get, Bir də eşqin badəsin doldur, dolandır, sonra get. Görsə sənsiz, qəlbimə divan tutar zalım fələk, Gəl bu viran olmuşun çərxin dayandır, sonra get. Bir baxış lütf et, bilinsin kimdi bu söz sahibi, Tənəbaz nadanları susdur, utandır, sonra get. Can bazarında, könül, sidqindi sərmayən sənin, Bu vəfasız ömrə bir məna qazandır, sonra get. Arif, "insaf" yaz, "ədalət" söylə ta vardır nəfəs, Xabi-qəflətdən bu dünyanı oyandır, sonra get. Arif Buzovnalı
Edebiyat
Bəzən kitablığıma baxıram və elə düşünürəm ki həyatımı,yaşayış tərzimi,baxış bucağımı,dünyamı dəyişdirəcək bir şey,bir cümlə bu kitablarımın arasında bir yerdədi.Hansısa biri,hər şeyi dəyişdirəcək.Çox qəribə hissdir.Daha oxumalı olduğum nə qədər kitab var,kim bilir o cümlə bunlardan hansı birinin hansı səhifəsində məni gözləyir..Və kim bilir daha nə qədər gözləyəcək…