6/10
·224 syf.··
2026 11. kitabı
·
5 günde okudu
·
Okunma: 23 Nisan 2026 18:02
Toxunulmayan Duyğular. Haruki Murakami "Qadınsız Kişilər " “Mən qapını heç vaxt  öz açarımla açmazdım ki... o ,zaman anladım getdiyini” Çox zaman kişilər tərəfindən tərk edilən qadınların hekayəsi anladılıb bizə. Haruki Murakami isə bu səfər fərqlilik edərək qadınlar tərəfindən tərk edilən kişilərin hekayələrini qələmə alıb. Bir kişi üçün qadının yoxluğu onun  fiziki olaraq getməsindən qat-qat ağırdır. Qadın gedəndə, kişi sadəcə onu yox, özünüdə itirir. Bu boşluğu heç bir zaman doldura bilmirlər. Bu romanda kişilərin sərt görünüşünün pərdəarxasını  oxuyacağıq. Murakami 7 qəhrəmanın, 7 fərqli hekayəsini şişirtmədən, dramatizə etmədən qələmə alıb. Bəzi duyğular vardır ki, yalnız yaşayan bilər, Murakami də bu duyğuları olduğu kimi çatdırır. Əslində, oxuduqca fərqinə varırsanki, bəzi kişilərin öz günahı olub, tərk edilmək, bəziləri isə heç layiq deyildilər tərk edilməyə. Qəddar, özünü düşünən kişilər olduğu kimi, qadınlarda vardır. Bu kitaba "Empatiya Kitabı" desək daha düzgün olardı. Yazıçı Kafkaya da salam göndərib. "Çevirilmə" romanında insandan böcəyə çevrilən Gregor Samsa, bu səfər isə böcəkdən insana çevrilən "Aşiq Samsa" obrazı ilə qarşımızdadır. "Bir gün sən də qadınsız kişilərdən olacaqsan. O gün, ən kiçik bir xəbərdarlıq etmədən, ən balaca bir ipucu vermədən, heç bir öncəgörü hiss etdirmədən və ya içinə doğmadan, qapını döymədən — heç gözləmədiyin bir anda gələcək." Bəlkədə bəziləriniz üçün o gün gəlib, bəziləriniz üçün isə gəlməyib. "Drive My Car" Bu film birbaşa Murakaminin hekayəsinə əsaslanır, izləməyinizi tövsiyə edirəm. Bu filmdə bir sitat var idi: “Acı ilə yaşamağı öyrənirsən, amma o heç vaxt tam getmir.” Hekayədəki kişilərdə acılarını unutmur, çünki bəzi itkilər unudulmaq üçün deyildir.
Kadınsız ErkeklerHaruki Murakami · Doğan Kitap · 20255,1bin okunma
Puan vermedi·176 syf.··
2026 8. kitabı
·
6 günde okudu
·
Okunma: 11 Nisan 2026 18:23
Səssiz üsyan.   Anar "Ağ Liman"   Yuxu ilə başlayıb, yuxu ilə bitən bu Povest düşündürücü idi. Məhşur "Beşmərtəbəli evin, altıncı mərtəbəsi " romanın girişidir, obrazlar ilə tanışlıqdır. Obrazların hər birinin öz daxili boşluqları vardı, hər şeyin qıraqdan göründüyü kimi olmadığını göstərir Povest. Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsi olan ailə-məişət mövzularına azacıq fəlsəfi toxunuş etməyə çalışıb Anar. Məncə, Povestin əsas gücü də elə buradadır  böyük hadisələr baş vermir, amma insanın içində böyük qırılmalar yaşanır. “Ağ liman” burada sadəcə məkan deyil. O, bir simvoldur insanın çatmaq istədiyi sakitlik, sığınacaq, bəlkə də heç vaxt əldə edə bilmədiyi daxili harmoniya. Povest bəzən sıxıcı gəlir, bəzən isə düşündürücü. Bu da onun ritmindən yox, daha çox həyatın özündən qaynaqlanır , çünki real həyat da eyni ilə belədir: Monoton, amma dərin. Məmməd Nəsir, Səfdər baba obrazlarına daha da rəğbət bəslədim. Məmməd Nəsir içki aludəçisi olsada, söylədiyi nitqlər fövqalədə idi. Onun simasında sanki cəmiyyətin kənarında qalmış, amma həqiqəti daha aydın görən bir insan var. Biz ətrafımızda daimi olan insanları nə qədər tanıyırıq, dərdlərinə nə qədər şərik oluruq...?! Bəzən insan adi bir telefon ilə danışmağada həsrət qalır. Heç düşünmüsünüzmü, biz insanlar eyni məkanda yaşayıb, fərqli dünyalarda tənha qalanlarıq...?! Xüsusilə "Yadlıq  Yüzilliyində" daha da yadlaşırıq. Hər kəs öz "Ağ Limanı"nı axtarır, amma kim çatıb o limana...?! Bəlkədə çatan var, nə xoş halına. "Fight Club" filmindən bir sitatı anımsadım. "Sahib olduqların sonda sənə sahib olur"... Bəlkə də problem elə bundadır  biz “liman” axtarırıq, amma özümüzü yükə çevirən şeylərdən qopa bilmirik. Oxuyun, oxutdurun kitabla qalın əziz insanlar...
Ağ LimanAnar Rızayev · Qanun Nəşriyyatı · 0431 okunma
Reklam
Puan vermedi·
Bəlkədə səssizliyi pozmaq lazımdı arada .çünki həyat bir anlıq yaşana biləcək bir hissdi “Bəzən insan elə biri ilə qarşılaşır ki, danışmağa ehtiyac qalmır…”
Masumiyet MüzesiOrhan Pamuk · Yapı Kredi Yayınları · 202460,4bin okunma
8/10
·160 syf.··
Beğendi
·
2026 9. kitabı
·
7 günde okudu
·
Okunma: 25 Mart 2026 19:58
Çöküş çox sarsıdıcı bir kitab idi… Klemensin özünün günahkar olduğunu bilməsi və hamını günahkar adlandırması, sanki öz günahını yaymağa çalışmasını görürük kitabda. Klemens cürbəcür maskaları olan biridir. Riyakar adlandıra biləcəyimiz biri, bəlkədə gündəlik həyatda sevməyəcəyimiz ya da qınayacağımız biri. Bütün səhvlərinin fərqindədir və o dəyişməməmə azadlığını seçir. Bu azadlığın altında əzilir. Maskalarını atır və yenilərinin arxasında gizlənir. Sondada “xoşbəxtlik” maskasını seçir…
Duygu ve Düşünce
ÇöküşAlbert Camus · Qanun Nəşriyyatı · 201919,2bin okunma
5/10
·344 syf.·
2025 7. kitabı
Stephen Kingin “Misery” romanı oxucunu ilk səhifədən insan psixikasının ən qaranlıq guşələrinə aparır. Burada qorxu yalnız qan və zorakılıqdan deyil, gündəlik həyatın içində gizlənən, adi görünən, amma tədricən dəhşətə çevrilən münasibətlərdən doğur. Əsərdəki gərginlik o qədər incə qurulub ki, hər səhifə oxucunu həm narahat edir, həm də hekayədən ayrılmağa qoymur. Usta sadəcə qorxutmaq istəmir, o, insanın nəzarət və asılılıq qarşısında necə dəyişə biləcəyini göstərir, bəlkədə işin ən qorxulu tərəfi burada başlayır…
Edebiyat
SadistStephen King · Altın Kitaplar · 20185,7bin okunma
Puan vermedi·98 syf.··
2025 12. kitabı
Kitabda sevgi gözəl təsvir olunub. Bəlkədə başqa kitablarda qınadığım hadisələrə bu kitabda elə yanaşmadım. Cəmiləyə haqq verdim. Kitaba kənd havası çox gözəllik verib.
CəmiləCengiz Aytmatov · Altun Kitab · 202344,6bin okunma
Reklam
Reklam