”Ətir can bəslədim güllər içində
Zalım oğlu bir yaylağa gəlmədin . . .”
XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan İlyas Əfəndiyevin #dağlararxasındaüçdost romanını @origin_book_club ‘la birlikdə oxuyub, aprel ayına olan müzakirəmizi başa vurduq.
Təəssüf hissi ilə qeyd edirəm ki, yazıçıdan oxuduğum ilk əsər idi. İlyas Əfəndiyev Söyüdlü Arx, Geriyə Baxma Qoca, Sən Həmişə Mənimləsən, Körpüsalanlar və digər əsərləri ilə tanınan ən güclü Sovet yazıçılarındandır.
Əsərdəki təsvirləri çox bəyənərək oxudum. Oxuduqca sanki özümü o kənddə , soyuq Qartallı Dərədə hiss edirdim. Qarlı dağlar, yanan isti soba, bulaqdan səhənglə su daşıyan kənd qızları hər biri mənə çox doğma idi.
Xüsusən elə yadda qalan obrazlar oldu ki, bu kitabı görəndə həmişə onları xatırlayacam.Məsələn Bağdagül bacı, onun məzəli zarafatları,özünəməxsus ədası,danışıq tərzi mənə çox xoş gəlirdi. Yan obrazlar olmaqlarına baxmayaraq Çıraq dayı,Bəndalı əmi, Kəriş,Mikola,Hayk mənim sevdiyim obrazlar sırasında idilər.
Baş obrazlara gəlincə isə ( Şahlar, Səlimə) onlara niyəsə tam isinə bilmədim.
Ancaq kitabda həm açıq şəkildə həm də sətiraltı toxunulmuş mövzular çox xoşuma gəldi. Dostluq, ailə-məişət,sevgi,xəyanət,mərdlik,böyüklərə hörmət,qonağa ehtiram və s. Bunlardan əlavə Sovet dövrü,kolxozçuluq, 60-70-ci illərdə sərhəd qonşularımızla olan münasibət,dövrün çətinlikləri,fikir ayrılıqları ustalıqla qələmə alınmışdır.Ümumiyyətlə mənə həmişə keçmiş dövr çox maraqlı gəlib, hər zaman istəmişəm “zaman makinem” olsun və illər arasında səyahət edə bilim
Dağlar arxasında üç dost deyəndə isə söhbət, 3 fərqli ölkədən olan əsgər yoldaşlarının dostluğundan Azərbaycanlı - Şahlar, ukraynalı - Mikola və erməni - Hayk.
Onu da qeyd edim ki, Erməni - Azərbaycan “qardaşlığını” oxuyarkən qəriblik hiss etsəm də nəzərə alsaq