Fidan Məmmədli

Fidan Məmmədli
@bookloverfi
Mən arzu etdiyimi həqiqət kimi qəbul edirəm və dünyanı olduğu kimi yox, görmək istədiyim kimi görürəm
Digital creator
Azərbaycan
7 Ekim 2002
176 okur puanı
Kasım 2022 tarihinde katıldı
Puan vermedi·48 syf.·
2026 3. kitabı
Kitab məndə gözlədiyim təsiri yaratmadı. Oxumağa başlamazdan əvvəl daha dərin, emosional əsər gözləyirdim. Lakin kitab 5 qısa hekayədən ibarətdir və hər biri fərqli bir obrazın ölümünü təsvir edir. Qismən təsir edən hissələr üçüncü və dördüncü hekayələr də Adelə və Charlotun ölüm hekayələri oldu. Kitabın diqqət çəkən tərəflərindən biri  insanların ölümü olduqca sakit və bəzən hətta rahat şəkildə qəbul etmələrinin göstərilməsi idi. Ölüm hadisələri çox dramatikləşdirilmir, günlərlə-aylarla yas tutulmur. Ümumilikdə isə əsər mənə ölümün ağırlığını, acısını və insan üzərində yaratdığı dərin emosional təsiri tam şəkildə hiss etdirə bilmədi. Bu səbəbdən kitab mənim üçün sadə və emosional baxımdan zəif bir təəssürat yaratdı.
Duygular
Nasıl ÖlünürEmile Zola · Can Yayınları · 202024,3bin okunma
Reklam
Bəs sizin üçün həqiqi azadlıq nədir? Necə ifadə olunur?
Puan vermedi
Mənə görə azadlıq sadəcə fiziki, maddi vəziyyətlərdən daha çox insanın daxili vəziyyəti ilə bağlıdır. Gerçək özgürlük insanın özünü tanıması, dəyərlərini, sərhədlərini müəyyənləşdirməsi, qorxularını, zəif və güclü tərəflərini qəbul etməsi və bütün bunlara uyğun şəkildə yaşaya bilməsidir. Azadlığı bir cümlə ilə ifadə edəndə həmişə bunu deyirəm: Azadlıq hər istədiyini etmək deyil, istəmədiyini etməmək və “yox” demək haqqını istifadə edə bilməkdir. Əslində insan tam şəkildə azad deyil. Hamımıza məlumdur ki, doğulduğumuz ailə, cəmiyyət , mentalitet bizi müəyyən qəliblərə soxur. Biz istəsək də, istəməsək də o qəliblərin içində formalaşırıq. Məncə, bu narahat olacaq bir şey deyil əksinə, insanın formalaşması üçün gərəklidir. Amma problem ondadır ki, bəzi mental qəliblər insanın inkişafını məhdudlaşdırır. Məncə, həmin gərəksiz qəlibləri sorğulamaq və aşmaq da azadlığın bir hissəsidir. Gerçək azadlıq başqalarının yönləndirdiyi kimi yaşamaq deyil, özün ola bilməkdir. Mənasız adətlərə, kor-koranə trendlərə, qəlibləşmiş, çürümüş fikirlərə qoşulmamaqdır.
1000Kitap
Gerçek ÖzgürlükDoğan Cüceloğlu · Kronik Kitap · 20216,7bin okunma
10/10
·316 syf.·
2025 14. kitabı
Doya-doya oxuduğum, mənə fərqindəlik qazandıran dəyərli kitablardan biri oldu. Əsər sadəcə oxunacaq bir kitab deyil, insanın daxili yaradıcılıq enerjisini oyatmaq üçün hazırlanmış proqram kimidir deyə bilərik. Müəllif hər bölümdə oxucunu öz daxili dünyasına yönəldir və unudulmuş yaradıcı hisslərini yenidən kəşf etməyə çağırır. Kitab fərqli başlıqlı bölümlərdən ibarətdir və hər bölüm 1 həftəni əhatə edir. Kitabda həmçinin praktiki tapşırıqlar mövcuddur. Mənim ən bəyəndiyim "sabah sayfaları oldu" ( illərdir bu teknikanı ara-sıra edirəm) Ümumilikdə, kitab mənə həm ruhani, həm də yaradıcı səviyyədə təsir etdi. Oxucuya sadəcə düşünmək deyil, özünü dərinliklə hiss etmək və yaradıcılıqla əlaqəsini bərpa etmək imkanı verir. Çox zəngin kitabdır. Oxuyun, oxutdurun.
1000Kitap
Sanatçının YoluJulia Cameron · Butik Yayınevi · 2023826 okunma
3/10
·150 syf.·
2025 13. kitabı
Dedektiv janrı kitablarında ekstra təəccüb və bütün suallarıma cavab gözləyirəm. Təəssüf ki, gözləntimi doğrultmadı.Oxuyun, amma gözləntinizi minimum tutun. Bu qədər.
1000Kitap
4+1Hüseyn Nağılı · Kişisel Yayın · 2022162 okunma
Qətiyyən oxumayın.
Kitabı digər dillərdə olan tərcümələri ilə müqayisə etdim. Aralarında dağlar qədər fərq var. Sadəcə bir şeyi deyim, əgər bu kitabı oxumaq istəyirsinizsə, qətiyyən Qanun nəşriyyatından oxumayın. Çox əlaqəsiz şeylər yazılıb. Pegasus nəşriyyatı daha yaxşı tərcümə edib, burdan davam edəcəyəm.
Fərdi MBA. Biznes dərsləriJosh Kaufman · Qanun Nəşriyyatı · 2019445 okunma
Reklam