Kitabda yazıçı ilə səyahət etməyi sevən dostu Raphael arasında söhbət baş tutur. Raphael onlara Utopia adlı bir ölkədən bəhs edir. Bu ölkə ədalətlə, doğruluqla idarə olunur. Yazıçı bizə mükəmməl bir ölkənin təsvirini verir. Raphael Utopianın idarə mexanizmini, qanunlarını, sosial həyatı və digər bütün sahələrini izah edir.
Mənə görə bu kitab yazıldığı dövrə görə həqiqətən çox yaxşı bir ölkə sistemi təklif edir. Ancaq hazırki zaman üçün birəbir uyğun olduğunu demək doğru olmaz. Bu qədər hərəkətli, yüksək texnologiyalı həyata alışmışkən Utopianın stabil, sakit həyatı günümüzün insanı üçün uyğun deyil. Buna baxmayaraq, Utopiadan öyrənə biləcəyimiz, tətbiq edə biləcəyimiz bir çox məqam da mövcuddur. Mən fikrimcə, maddiyyatdan uzaqlaşmaq məsələsi insanlar arasında gerçək bərabərlik üçün çox vacibdir. Oxudunuz zaman siz də şahid olacaqsınız ki, bununla Utopiada real bərabərlik təmin edilir. İnsanların pul hərisliyi, rüşvətxorluq, saxtakarlıq maddiyyat ilə birgə yoxa çıxır. Gəlir dərdi olmadan, vəzifə və mal-mülklə birinin digərinə üstünlüyə sahib olmaması ilə hər kəsin bənzər həyat yaşaması cəmiyyətə rahatlıq, bərabərlik gətirir.
Utopiada dövlətin var olmasının gerçək səbəbini - millətə xidmət etməsini görəcəksiniz. Dövlətin, idarə etmədə yer alanların tək düşündükləri insanların daha az fiziki əməklə çalışıb, daha rifah içində yaşamaqlarıdır. Hər kəs dövlətin ona dəstək olacağını, bir kənarda unudulmayacağını bildiyindən dərd çəkməkdən rahat bir ömür keçirə bilir. Utopiada millət üstündür, dövlətin tək marağı millətinin həyatıdır. Dövlət millətindən birini itirmək yerinə çox böyük məbləğlər ödəməyi üstün tutur. Qısacası, Utopida maddiyyat, qızıl və digər "dəyərli" daşlar sadəcə millətin xeyrinə xərclənir.
Kitabda da deyildiyi kimi: "Dünyada kaygısız, rahat yürekle,