Həqiqətin "qəddarlığı" və onun ilkin dəyişimi.
Puan vermedi·88 syf.·
2026 42. kitabı
Həqiqətin paradoksundan çıxış ederək onun həll yoluna qarşı yaranmış vəziyyətlər silsiləsi. Yazıçı bu kitabında “qəddarlığı” sadist bir hərəkət kimi deyil, reallığın ən çılpaq və dəyişməz forması kimi müəyyən edir. Həyatın ən adi həqiqətləri belə, insanın rahatlıq zonasını pozduğu üçün bu prinsip altında qəbul edilir. İnsanın elə bir zaman dönümü olur ki, bəzən həmin "qəddarlıq" stiuasiyasından kənara çıxmadan həyatın mənasını dərk edir və ondan nəticə çıxarır. Bəzən isə belə bir nəticəni əldə etməyən insanlar vardır. Bu araşdırmada Clement Rosset, insanların həqiqətə göz yummağını və onunla üzləşməkdənsə, təsəlliverici yalanlara əl atmağı üstün tutduqlarını tənqid edir. Baxın, həmin o "qəddarlıq" stiuasiyasını özünə bəraət qazandıranların paradoksu tam şəkildə elə budur. Kitabın ilk girişində həmin bu mövzuya uyğun belə bir sitat verilmişdir; "Hakikatin zalimliğini, ger­çeğin pürüzlerini gidermeyi amaçlayan her şeyin kaçınıl­maz sonu; nedenlerin en muhteremi olarak girişimlerin en dâhiyane olanının saygınlığını yitirmesidir." səh.7 Bu fəlsəfi kitabı mən, Sigmund Freud-in Uygarlığın Huzursuzluğu əsərinə çox bənzətdim. Orada isə əksinə olaraq, ümitsizliyin paradoksu öz əksini tapır. Bir çox filozoflardan sitatlar gətirilən bu kitabda ən çox Paul Valery -nin sitatını bəyəndim, deyir ki; "Ruhumdan bir idol yarattığımı itiraf edi­yorum, lâkin başka bir idole hiç rastlamadım.” səh.40 Qısa amma dərin fəlsəfi mahiyyətini qoruyan bir kitabdır. Oxumanızı tövsiyyə edirəm.
Düşünce
Zalimlik İlkesiClement Rosset · Pinhan Yayıncılık · 201235 okunma
Puan vermedi·304 syf.··
Beğendi
·
2026 26. kitabı
·
8 günde okudu
·
Okunma: 17 Nisan 2026 14:42
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam, Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam. Ərşlə fər şu kafü nun məndə bulundu cümlə çün, Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam. Kövnü məkandır ayətim, zati dürür bidayətim, Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam. Kimsə gümanü-zənn ilə olmadı həqq ilə biliş, Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam. Surətə baxu mə'nini surət içində tanı kim, Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam. Həm sədəfəm, həm inciyəm, həşru sirat əsinciyəm, Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam. Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş, Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam. Gərçi mühiti-əzəməm, adım Adəmdir, Adəməm, Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam. Can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm, Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam. Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm, Çək dilini və əbsəm ol, mən bu lisanə sığmazam. Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm, Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam. Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə, Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam. Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm, Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam. Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm, Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam. Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm, Bundan uludur ayətim, ayətü şanə sığmazam.
Məndə Sığar İki Cahanİmadəddin Nəsimi · Qanun Nəşriyyatı · 201921 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
10/10
·88 syf.··
2026 1. kitabı
Adama elə gəlirdi hər an "20-ci Sahədə" ikinci bir 20 yanvar törədəcəklər. - Orxan Saffari "20-ci sahə" kitabından. Əvvəla onu deyim ki, tənqidlərimi Orxanın özünə bildirdim, bu yazı isə tənqid yox, analiz üçün yazılıb. Hekayələrin analizinə keçməzdən öncə Orxanın özünə bildirdiyim tənqidlərin bir neçəsini sizlərlə bölüşün: Düşünürəm ki, Saffari bu kitabda potensialını tam ortaya qoya bilməyib. Buna baxmayaraq potensialına aid lazım olan qığılcımlar hiss olunurdu. Bir neçə hekayəsini mükəmməl saymaq olar, amma ümumilikdə hekayələrin çoxunda boşluqlar hiss olunurdu. Ümumilikdə desəniz ki, kitabının ən müsbət cəhəti nədir? Çox axıcıdır və təsvirlər zamanı adamı yormur. Lazım olan yerdə lazım olan qədərini təsvir etmək bacarığı müəllifin qabında nəsə var dedirdib. Amma rus sözlərini lazım oldu, olmadı soxuşdurub bəzi hekayələrə. Həmin o bəzi hekayələrdə küçə dili ilə danışarkən rusca sözlər tuturdu, amma hərdən də "obşak", "uje", "tasofka", "parkovka" tipli bu sözlər adamda ikrah hissi oyadırdı. Başqa bir adamı yoran məsələ var idisə, o da söyüşləri yerli yersiz istifadə etməyə çalışması idi. Yəni dilimizdə bu sözlərin qarşılığı varsa niyə işlədəsən ki? "Tak toje" də obrazın yox, müəllifin "slovarında" olan "istoriyalarda" olması "nujeli?" Sualını verdirtdirirdi. ----------------------------------- Başlayaq mənim üçün fərqli saydığım hekayələri analiz etməyə: Kimsəsizlər Qəbiristanlığı Kitabın ən güclü iki hekayəsindən biri idi. Hekayənin ən güclü tərəfi "O, ilk dəfə idi tək yatırdı" cümləsinin keçirdiyi transformasiyadır. Hekayənin əvvəlində: Jurnalist (Orxan) bu cümləni sadəcə oxucu cəlb etmək, bir az da rəhmsiz və soyuq bir peşəkarlıqla reportajına "pafoslu" bir başlıq kimi düşünür. Bu, öldürülmüş bir fahişəyə qarşı kinayəli, bəlkə də bir az mühakiməedici bir
20-ci SahəOrxan Saffari · Qanun Nəşriyyat · 20244 okunma
6/10
·256 syf.·
2025 40. kitabı
Hər zaman düşünmüşəm ki, münasibət "mən" və "sən" olmağı dayandırıb "biz" olmaq deməkdir. Artıq sən sadəcə öz adına yox, həm də o'nun yerinə düşünməli və hərəkət etməli, hər ikinizə uyğun qərarlar verməlisən. Sırf bu düşüncəyə görə münasibətlərdən uzaq gəzmiş, mümkün qədər "mən" olmağı uzatmağa çalışmışam. Çünki "mən"imi "biz"də əritməyə hazır deyildim. Lakin kitabda da qeyd olunduğu kimi, münasibət üçüncü bir şəxs kimidir; hətta mən onu elə ilk uşaq kimi təsəvvür etdim. Qayğısına qalmaq, hər şeyin qaydasında olub-olmadığından əmin olmaq, onu diqqətsiz, öz halına buraxmamaq lazımdır. Hər birimiz çox, çox fərqli insanlarıq. Ona görə münasibətlərimiz, dinamikaları da fərqlidir. Hər bir halda, iki insan iki dünya deməkdir və bu iki dünya toqquşanda bir-birinə zərər verə bilər. Əvəzində bir-birinin planetinə "qonaq gedib" tanısaq, daha yaxşı yola gedə bilərik. (Qadınların Veneradan, kişilərin isə Marsdan olması məsələsi kimi) Başqa bir alıntıda çox bəyəndiyim bir fikir səslənib. Münasibətə girməzdən əvvəl özümüzə, sonra qarşımızdakına, ən sonda isə münasibətin özünə baxmalıyıq. Məncə bir çox insan özündən əvvəl qarşısındakına baxır. Bu fərqli mənalara yozula bilər: Bəziləri qarşısındakını özündən çox aşağı görür, tanımaq istəmir; halbuki özünün əksik cəhətləri daha çoxdur. Bəziləri isə qarşısındakı insanı gözündə o qədər böyüdüb ideallaşdırır ki, özünün yaxşı tərəfləri gözünə görünmür və s. Özünü tanımadan, öz zəifliklərini, çatışmayan cəhətlərini və ehtiyaclarını, həmçinin üstünlüklərini bilmədən kimisə tanımağa çalışmağın nə mənası var? Bütün bunları detallı düşünmədən qarşında dayanan adama kimi tanıdacaqsan? Ehtiyac demişkən, bu məsələ də günümüz münasibətlərinin məhək daşıdır. İnsanların travmalarına əsasən münasibət qurduğunu artıq bilməyən qalmayıb. Hamı
Bu İlişkiyi KonuşmalıyızGülcan Özer · Kronik Kitap · 2025832 okunma
Körpüsalanlar
Puan vermedi·160 syf.··
2025 13. kitabı
Adil və Səriyyə yeni ailə qurmuş iki gəncdir. Adilə gənc demək nə dərəcədə doğrudur (30 yaşındadır) bilmirəm amma bu dəfəlik belə olsun. Adil işində yüksəlmək üçün çabalayır, özünü işinə verir, əlindən gələni edir. Bunda da uğurlu olur - rayonlardan birində yol rəisi vəzifəsinə yüksəlir. Bu səbəbdən yoldaşı Səriyyə ilə müvəqqəti olaraq rayona köçür. Problemlər də bu hissədən sonra başlayır. Adil hərşeyi ölçüb biçən, nə zaman güləcəyini nə zaman ciddi qalacağını bilən birisdir. Yoldaşının da özünə bənzəməsini istəyir çünki doğru olanın bu olduğunu düşünür və işi üçün də bu tərz davranmaq uyğun gəlir. Səriyyə başlarda ona haqq verir amma zamanla onun "qaydalarını" yox sayır öz bildiyini edir. Getdikləri rayonda körpüsalanlarla - Soltan, Kərəmxan və Qəriblə yaxınlaşır, onlarla "dostlaşır". Belə deyim yoldaşını qoyub 3 cavan oğlanla birgə vaxtını keçirir: tenis oynayır, ayı ovuna gedir, hətta şərab içir!? Adil ondan bu barədə soruşduqda "biz bir briqadanın üzvləriyik" deyir. Axı briqada üzvü olmağın etdiklərinin hansına bəraət qazandırır? Yoldaşı olduğu halda Buldozerçi Qəribə qarşı hisslər bəsləyən bir insan, özünə bu cümlə ilə necə bəraət qazandıra bilər? “Nə üçün bizim duyğulanmız getdikcə bir-birindən bu cür uzaqlaşır? Nə üçün, o, mənim isinişdiyim, dost və yoldaş hesab elədiyim adamlara bu qədər yaddır? Bəlkə mən heç işləməyəydim? Lakin bu necə ola bilərdi? Mən özümü vətəndaşlıq hüququndan necə məhrum eləyə bilərdim?" İşləməyin bir əxlaqı olmalıdır. Adil sənin işləməyinə başdan razı idi sadəcə insanlara qarşı münasibətindən narahat idi və bunda haqlı imiş. "Yox, Adil, bu mümkün deyil! Mən bunu bacarmaram. Mən özümü sənin və körpüsalanlann gördüyü işdən təcrid eləyə bilmərəm. Bəlkə sən özün bir yol tapasan? Nə üçün sən heç öz hərəkətlərin barədə düşünmürsən? Axı,
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0752 okunma
8/10
·880 syf.··
2025 5. kitabı
“ Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər,bədbəxt ailələrinsə hər biri özünə görə ayrı cür bədbəxtdir” Əsər Tolstoy tərəfindən ictimai dəyərləri, evlilik həyatını və insan təbiətini ələ aldığı hekayədir.. Əsəri oxuduqca bəzən Annanı xəyanəti üçün, övladını atdığı üçün hiddətlə qınadım. Digər tərəfdən də Anna mənim üçün həyatında ilk dəfə həqiqi məhəbbəti duyduğu adam və xoşbəxtliyi uğrunda mübarizə aparması cəsarətinə heyran qaldığım, daha sonra ağlını itirəcək qədər dərin məhəbbətlə sevdiyi üçün acıdığım bir obraz oldu. “Bunu məndən başqa heç kim anlamır, heç kim anlamayacaq, mən bunu heç kimə başa sala bilməyəcəyəm.Hamı elə bilir ki, o, dindar əxlaqlı, namuslu, ağıllı adamdır;lakin onlar mən gördüyümü görə bilmirlər. Onlar bilmirlər ki,o,səkkiz ildir mənim həyatımı boğur,məndə canlı nə varsa hamısını boğub öldürür. O,mənim canlı bir qadın olduğum,məhəbbətə ehtiyac hiss etdiyim haqqında bir dəfə də olsun düşünməyib. Onlar bilmirlər ki, o, hər addımda məni necə təhqir edirdi və həmişə özündən razı qalırdı. Men çalışmırdımmı,öz həyatıma bəraət qazandırmaq üçün var gücümlə çalışmırdımmı? Məgər onu sevməyə çalışmırdımmı,ərimi sevmək mümkün olmadıqda oğlumu sevməyə can atmırdımmı? Lakin vaxt gəldi, mən anladım ki, artıq özümü aldada bilmərəm,men canlı insanam, mənim heç bir günahım yoxdur və Allah məni elə yaradıb ki, mənə sevmək və yaşamaq lazımdır “
Anna KareninaLev Tolstoy · Bakı, Teas Press Nəşriyyatı · 202355,7bin okunma