Khatira Mammadli

Khatira Mammadli
@brightmemory
Not being heard is no reason for silence... ~...27∞3...~ youtu.be/mH-npp48W6Y _____________________________________ Azərbaycanca PDF kitab arşivi; yadi.sk/d/0f4c85x6VVu8yg ______________________________________
Dentistry
Azerbaijan/Baku
149 okur puanı
Ağustos 2020 tarihinde katıldı
5/10
·256 syf.··
2021 65. kitabı
·
4 günde okudu
·
Okunma: 21 Ağustos 2021 17:22
Bu kitabın adını ilk gördüyümdə Çərpələng Uçuran kitabına bənzəyəcəyini fikirləşmişdim amma təəssüf ki, oxuduqdan sonra düşüncələrimdə yanılmış olduğumu anladım. Çünki, mövzunun, daxilindəki hadisələrin kitabın adı ilə heç bir əlaqəsi yoxdur. Onu da qeyd edim ki, kitab çox adi yazılmış kimi gəldi mənə. Yəni sanki hadisələr yazıçının ağlına bir anda gəlib və yazmağa başlayıb. Kitab 16 yaşındakı yeniyetmə Holdenin məktəbdən qovulduqdan sonra başına gələn hadisələrdən bəhs edir. Bəzi hissələrini bəyənsəm də, ümumi olaraq baxdığımda kitabın çox yerini bəyənmədim. Hətta yarısına çatanda kitabı yarımçıq saxlamağı belə düşündüm. Amma sadə dildə yazıldığı üçün oxumağa davam etdim. Hadisələrin gedişatı zamanı Holdenin davranışları ilə yanaşı, kitabda çox vaxt bəzi biədəb sözlərin işlənməsi də narahatçılıq yaratsa da, sevdiyim hissələri də oldu təbii ki. Ən sevdiyim hissələr Holdenin xərçəng xəstəliyindən vəfat edən qardaşı Alli haqqındakı xatirələrini danışması və bacısı Fibi ilə olan münasibəti idi. Nəticə olaraq onu deyə bilərəm ki, o qədər də oxunmağa dəyər bir kitab deyil.
1000Kitap
Çovdarlıqda Uçurumdan QoruyanJ. D. Salinger · Qanun Nəşriyyatı · 201571,1bin okunma
Reklam
" İdrakin biricik kaynağı ıstıraptır. "
9/10
·140 syf.··
2021 66. kitabı
·
21 saatte okudu
·
Okunma: 22 Ağustos 2021 17:52
Dostoyevski' nin okuduğum ikinci kitabı. İlk okuduğum Beyaz Geceler kitabıydı ama bende bu kitap kadar etki bırakmamıştı doğrusu. Bu kitap o kadar anlamlıydı ki, bitirdikten sonra kendi benliğim, duygularım, hatalarım, şahsiyetim hakkında düşünmeye başladım. Aslında kim olduğumu ve hayattaki amacımın ne olduğunu anlamaya çalıştım. Kitap anlamlı olduğu kadar da ağırdı benim için. Özellikle de " Yeraltı " bölümünde çoğu cümleleri yavaş - yavaş ve bir kaç kez tekrarlayarak okuduktan sonra anca idrak edebildim. Kitap iki bölümden oluşuyor. Birinci bölümü daha bir zor anlaşılan olsa da, ikinci bölümü okuduktan sonra ilk bölümü daha iyi anlaşılabilir hâle geliyor. Bölümlerinden bahsedecek olursam, birinci - " Yeraltı " bölümünde ana karakterin 40 yaşlı hâli ile karşılaşıyoruz. Karakter bu vakte kadar yaşadığı onca acılardan sonra " yeraltına kapanıp " başına gelmiş tüm olaylardan tecrübe çıkararak insanlar, edebiyat, duygular ve bu gibi şeyler ile ilgili kendi fikirlerini paylaşmaya başlıyor. Bununla beraber insanlarda irade gücünün, tenbelliğin nasıl sorunlar çıkardığı ve karakterin bu sorunlarla ilgili düşünceleri de yer alıyor kitapta. İkinci - " Sulusepkene Dair " olan bölümde ise olaylar yukarıda da belirttiğim gibi ilk bölüme nazaran daha akıcı hâl almaya başlıyor. Ana karakter bu sefer gençlik ve okul yıllarında yaşanmış olayları ve o zamanki hayatını, duygularını anlatıyor. Her insanın aslında derinlerinde kötü, pislik bir tarafı olduğunu, çoğu insanın bu hislerini gizletse bile beceremediğini ve aşağılık birine dönüştüğü anlaşılıyor bu bölümden. Kitabı 1 günde bitirdim ama ömrüm boyunca hatırası bende kalacak. Bu arada hâlâ okumayanlar varsa okuyun derim. :)
1000Kitap
Yeraltından NotlarFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2025159,3bin okunma
" Gözəllik, şairanəlik bütün həyata məxsusdur... "
6/10
·311 syf.··
2021 64. kitabı
·
3 günde okudu
·
Okunma: 18 Ağustos 2021 17:44
Öncəliklə mövzusuna keçmədən onu deyim ki, əsər çox sadə dildə yazılıb. Sadəcə bəzi kəlimələr (ürgə, gədik,təlatüm vs.) var idi ki, izahlı lüğətə baxma ehtiyacı yaratdı. :) Əsərin başlıca mövzusu üç dostun həyatından çox, Şahlar ilə Səlimənin məhəbbətidir. Şahların anası Gülnisə xala isə bu məhəbbəti dəstəkləmir. O, oğlunun Səlimə kimi nəsli-nəcabəti bilinməyən zootexnik qızı (!) ilə deyil, Qartallı Dərənin sayılıb-seçilən insanlarından olan, adlı-sanlı, var-dövlətli Çıraq dayının qızı Güləbətin ilə evlənməsini istəyir. Kitabın 1963-cü ilə aid olduğunu nəzərə aldıqda belə nəticə çıxır ki, bu 58 ildə heç nə dəyişilməyib. :') Əfsus ki, hal-hazırda da belə düşünən insanlar nəinki Azərbaycanda, dünyanın bir çox yerində mövcudluğunu qoruyur. Kitabın adı " Dağlar Arxasında Üç Dost " olsa da, bu üç dosta - Mikola, Qrişa və Şahlara, onların həyatlarına əsərdə o qədər də yer verilmir. Qrişa və Mikola sadəcə yan obraz kimi çıxış edir və demək olar ki, əsərin yarısına qədər olan hissədə onlardan bəhs edilmir. Əsərdə bir çox (həm yazı həm də məntiqi cəhətdən) xətalar da mövcuddur. Məsələn, yan obrazların hadisələri, öz duyğularını, yaşantılarını öz dilindən danışıb, baş obraz olan Şahların isə nəql etməməsi, bununla bərabər Səlimə, Mikola, Qrişa və digərlərinin hadisələri öz dillərindən nəql edərkən haradasa hər cümləni " Mən " əvəzliyi ilə başlamaları başlıca xətalardan biridir. Kitaba 6/10 bal verdim çünki əsərin bir çox yerini, xüsusən də sonlara doğru baş verən hadisələri heç bəyənmədim. Əsərdə Şahların (hətta sevdiyi qıza qarşı belə) həmişə qaşqabaqlı və əsəbi olması, Gülnisə xalanın Səliməyə qarşı zalımca hərəkətləri, kəndlilərin Gülnisə xalanın sözlərinə uyub Səliməyə qarşı olmaları, Səlimənin layiq olmayan insanlara həddindən artıq dəyər verməsi, Sevdimalı əminin hər
1000Kitap
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017215 okunma