📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
- Mən heç! Bəs siz! Zavalılar, siz kimsiniz?
Siz də bir canlı makina deyimisiniz?
- İndi nə eləyək?
- Uzanın, gəlib sizə yasin oxusunlar.
- Nə edə bilərik ki?
- Üsyan…
- Kimə qarşı?
- Bütün bəşəriyyətə qarşı, bütün adətlərə, qanunlara qarşı… Bütün kainata, aya, günəşə, ulduzlara hətta Tanrının özünə, bu mənəvi jandarmaya qarşı üsyan qaldırmalıdır. Yer üzündə hakim, məhkum, zalım, məzlum kəlmələri durduqca bəşəriyyət bir gülər üz görə bilməz.
Bir gölməçəni keçdiyinizi və bir uşağın batmaqda olduğunu təsəvvür edin. Heç bir şey mane olmadıqda, kömək üçün suya dalardınızmı? Əlbəttə, dalardınız. Heç kim ciddi işi olsa belə, iki dəfə düşünməz. Bəli, paltarınız islanacaq, bəli, yerinə yetirəcəyimiz iş gecikə bilər. Nə olsun? Yan keçmək vicdansızlıq olardı. Bəs uşaq sizin gözünüz qarşısında deyil, minlərlə kilometr məsafədədir və aclıqdan ölsə və ya qarşısını almaq mümkün olan, boğulmayan bir xəstəlikdən ölsə, nə olacaq? Vəziyyəti kömək etməklə dəyişmək imkanınız var: bunun qarşısını almaq üçün pul göndərə bilərsiniz. Bəs onda bu vəziyyətdə yan keçmək daha məqbul ola bildiyi halda başqa birində niyə mümkün olmasın? Niyə yalnız fiziki məsafə mənəvi əhəmiyyət kəsb etməlidir?
“ Dünya necə qurulubsa, elədir, o, diqqətlə mənə baxaraq sözünə davam etdi. - O ən aşağı səviyyəli, ən kiçik motivlərlə hərəkətə gətirilir. Ən bayağı, ən gülünc, ən fani məqsədlərə xidmət edir. O, cənnət deyil, bir-birinə bağlı və mehriban qardaşlardan ibarət xoşbəxt bir ailə deyil. O özlərini insan zənn edən çərənçi, davakar meymun sürüsü ilə ifrat dərəcədə dolmuş bir koloniyadır. Keçmiş zamanlarda filosoflar belə bir düşüncəni təlqin etməyə çalışıblar ki, meymunkimilər məhv edilməli və əvəzində daha alicənab irq bərqərar olmalıdır. Lakin onlar əbəs yerə vaizlik ediblər. Heç vaxt kifayət qədər əsl insan olmayıb ki, sürətlə artmaqda olan vəhşi sürüsünə üstün gəlsin. Deyilənə görə, Tanrı özü də yanlışları düzəltmək və insanlığın təhrif olunmuş əsl surətini bərpa etmək üçün göydən yerə mələklər endirmişdi...”