Yazıçı daxili səsimizə qulaq asmağın əhəmiyyətindən bəhs edir.
Məsələn, məni ən çox təsirləndirən hissələrdən biri Osho ‘nun Vincent Van Gogh haqqında olan fikirlər idi: Vincent Van Gogh rəsm çəkərkən çox xoşbəxt idi. Həyatı boyu bir dənə də olsun əsərini sata bilmədi. Kasıb idi, ac qalırdı. Qardaşı ona yemək üçün pul göndərirdi. Həftənin dörd günü ac qalır, yalnız üç gün yemək yeyirdi. Çünki qalan pulla kətan, boya və fırça almalı olurdu. Amma buna baxmayaraq, yenə də xoşbəxt idi. O, 37 yaşında dünyadan köçdü. Osho’nun fikrincə, “onun intiharı belə bir çox insanın saxta həyatından daha mənalı idi.” Çünki Vincent Van Gogh’un ən böyük arzusu ruhuna tam oturan bir günbatımı tablosu yaratmaq idi. Nəhayət, arzuladığı əsəri tamamladığı gün bir məktub yazır: “İşim tamamlandı, artıq məmnunam.” Və bundan sonra həyatına son verir. Osho onun haqqında belə deyir: “O, həyatı tam mənası ilə yaşadı. Həyat şamını hər iki ucundan böyük bir ehtirasla yandırdı.” (səh. 194) Bəs Vincent Van Gogh belə bir sonluğa layiq idimi? Mənim fikrimcə, əlbəttə ki, belə bir sonluq ona layiq deyildi. Ömrünün ən gözəl çağında həyatdan getmək çox ağrılıdır. Bu, erkən və kədərli bir sonluqdur. Lakin hadisəyə onun gözündən baxsaq, həyat məqsədini tam şəkildə həyata keçirmiş, özünü tamamlanmış hiss etmiş bir insan görürük. Bu baxımdan onun hekayəsini xoşbəxt və məmnun bir son kimi də dəyərləndirmək olar. Buna görə də onun seçiminə deyil, həyatına, sənətinə və məqsədinə hörmətlə yanaşmaq lazımdır. 📖✨
Bs de bes yasındaki velede yenik düşmekte varmıs
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Şəxsi düşüncələrim
Sizcə cənnət və cəhənnəm haradır, necədir, nəyə bənzəyir? 7 mərtəbə yuxarı, 7 mərtəbə aşağı, mələklər, şeytanlar, sehrli ağaclar, alov ya nə? Sizcə Allah insanları günah və savabları üçün cəzalandırmaq və yaxud mükafatlandırmaq üçün neçə qatlı məkan mı yaradıb? Məncə yox. Cəza və mükafat mexanizmi biz özümüzük, daha doğrusu daşıdığımız bir şey. Vicdan! Heç kim 100% yaxşı və ya pis deyil. YinYang pisliyin içində yaxşılıq və yaxşılığın içində pislik. Ən kiçik günahınızda ağırlaşan vicdanınızı və ən kiçik sabahda yüngülləşən ruhunuzu düşünün. Cənnət də cəhənnəm də vicdanımızdır. Ona görə çətinliyə düşəndə ilk vicdanımızı qorumağı öyrənməliyik. Bu dünyada cənnəti də cəhənnəmi də yaşamaq öz əlimizdədir. Günahkarlar vicdanları ilə cəzalandırıldılar bəs məzlumların yaşadıqları nolacaq?! Çox qorxulu bir yuxu gördüyünüzü düşünün. Başınıza ağır şeylər gəlir. O yuxudan oyanırsınız bəzən heç xatırlamırsınız da. Bax belə. Ölmək son deyil, başqa bir dövrün başlanğıcıdır. Və həmin məzlumlar da digər dünyada daha geniş bir ruh, daha açıq bir beyin və anlama qabiliyyəti ilə mükafatlandırılırlar. Və güclü iman, ruhun aydınlıq və azadlığı çox vaxt böyük bir çətinlikdən sonra gəlir.
Susub durmaq çətindir, danışmağa nə var? Bağrında yanan közü alovlamağa nə var? Hünər yanğını gizlətməkdədi, Bağıra-bağıra imdad diləməyə nə var? Aynada gördüyüm içimdəkidir. Bəs çöldə-bayırda dolanan kimdi? Görəsən, məndən başqa hamı belədi? Onda evdəkilər kimdi, çöldəkilər kimdi? Yalan danışmaqda mahirdi insan. Kimi dindirirsən, hər şey yaxşıdır. Ilahi, dövr nə dövrdür, verdiyin dərddən Hər kəs xoşbəxtdir, hər kəs razıdır. Zəmanə adamı deyiləm sanki. Özüm özümdən şikayətçiyəm. Sənin yanında da xəcalətliyəm, Neynəyim, mən də belə bir bəndəyəm. Işim düşəndə gəlirəm, qapına sənin, Məni dinləyirsən, sakitləşirəm. Bağışla, dərdimlə dururam hüzurda, Söz, sonrakında sevgiylə əyiləcəm dərgahında. ~M.Hacızadə🦋
Şâhımın mescidinde, sohbet ve zikrullah ile güzel bir akşam oldu. Şâhımın mescidinde sabah namazı kıldım, mübarek elinden bûs aldım ve çıktım. Şimdi haftaya tekrar gelmek üzere yolculuk zamanı…
Tasavvuf
Ey Allahın qızı, günəşdənmi gəlmisən? Dağda çiçək açan laləmisən? Gülmüsən? Sən ömrümə can qatan, səhərimi canladan, Həyatıma nur qatan, qəlbimdəki gülümsən. Sən əbəs gəlməmisən yer üzünə günəşdən, Tanrı səni göndərib, eşq saçasan şəfəqdən, Dünya gözəlləşibdir, sən gətirən nemətdən, Çiçəklərdə zövq alır, qara saçlı mələkdən.