Açığı, gözləntim tamam başqa idi, səbəbi də müəllif deyil, digər oxuyuculardı.
Çox gözəl söz seçimləri var müəllifin bir çox yerlərdə. Amma parçalara böləndə o gözəlliyi görmək olur, bütöv halında kitab məndə yarımçıqlıü duyğusu oyandırdı.
Əvvəla personajlar inandırıcı deyil, Şahmar və Firuz bir-birinin oxşarıdılar. "İkisinin xəmiri, ya mayası eynidi" şəklində oxşarı yox, iki personajın da düşünüş dili eynidi, bütün söyüşkənliyə rəğmən. Fərqli davam edilə bilinəcək çox nöqtə vardı, amma müəllif bu cürünü seçib.
İkincisi, sujet çox gözəl irəliləyirdi, amma bıçağın öz vəzifəsini yerinə yetirdiyi hissədən sonra istiqamət tamam dəyişdi. 7.5 imdb ballı müəllim-şagird mövzulu filmdən 6.1 imdb ballı qəribə bir şeyə çevrildi. İzləməsən də olar, amma izləyəndə də ağzında yarımçıqlıq dadı qalır.
Kitabdakı büten adlar möhtəşəm seçimlər idi. Məni Azərbaycanda baş verən istənilən hadisəni bədiiyyat içində oxumaqdan soyudan şeylərdəndi bu, məsələn. Hər şey məişşət zəmininə enir. Günel xaric büten adlar çox orijinal idilər.
Sonluğu sevmədim. Qəti sevmədim. O bıçağın parçalanmağının bir qarşılığı olmalıydı. 16 il çətin həyat yaşayan uşaq əvvəl uşaq kalonunda, sonra həbsxanada vaxt keçirəndən sonra ordan yetişib çıxmır. Bir hippi sözünə görə diş biləyən uşaq özünküləşdirdiyi bir bıçağın taleyi ilə maraqlanmadan Hüseyn Cavid diliylə sonluq verəndə inandıcırıcılıq itir.
Amma bütöv halında kitabı oxumağıma peşman olmadım, yeni nə yazsa, oxuyacam. Bu yazıçıda işıq var, özünü oxutdurur, sadəcə Azərbaycandakı hər yazıçının düşdüyü o tələyə düşməməlidir: dilə diqüət yetirib, pafoslu olmağa çalışmamalı, suket qurmaq üçün də enerji sərf eləməlidir.
Uğurlar!