Adından da göründüyü kimi son dərəcə təəccüblü bir çöküş hekayəsi. XV. Lüdovik dövründə Fransa sarayında çox nüfuzlu olan aristokrat qadının real həyatına əsaslanır. Baş qəhrəman Madam de Pri sarayda yüksək rütbəli qadındır. O, padşahın gözündən düşür və Normandiyaya sürgün edilir. Bizim burjua buna dözə bilmir və insanlara istirahətdə olduğunu deyir. Eyni zamanda saraya qayıtmaq üçün planlar qurur, lakin heç biri baş tutmur. Madamın Fransadakı şərəfli günləri arxada qalır. Bu planda var-dövlətindən istifadə edərək ətrafına insanları toplayacaq məclislər təşkil edir və bu məclislərdə adının ölməz olmasını xəyal edir. Fransada keçirilən şənliklərdə türk mətbəxindən də söz açılır. Kitabdakı bu hekayənin real hadisə üzərində qurulduğunu nəzərə alsaq, o dövrün mədəniyyət tarixini də oxuyuruq. Müəllif bu kitabda həddindən artıq eqonun vurduğu ziyana da toxunub. Gəlin oxuyaq, görək madam de Pri adının ölməz olması və həmişəlik xatırlanması arzusuna çata bilir mi, yoxsa qurduğu bütün planlar faydasız olur.
Xoş mütaliələr
"Ne fark ederdi ki zaten? Herkes ölüyordu nasıl olsa; iyisi de kötüsü de, güçlüsü de zayıfı da, hayata dört elle sarılanı da yaşamı aşağılayanı da... Herkes göçüp gidiyordu. Her şey göçüp gidiyordu."