“Bəzən ən gözəl çiçəklər ən tənha torpaqlarda bitir.”
1000Kitap
Son aylarda oxuyub çox sevdiyim üç kitab haqqında
Çox sevdiyim bir kitab olanda istəyirəm danışdığım hər kəsə onu tövsiyə edim. Sevdiyim bir yazıçı olanda isə istəyirəm onu kitab oxuyan hamı tanısın. Hələ müəllif bizdə kifayət qədər tanınmırsa, bir az da onun dərdini çəkirəm) Son aylarda oxuduğum və hər kəsə tövsiyə etmək istədiyim 3 kitab haqqında qısa yazmaq istəyirəm. Yerli ədəbiyyatımızdan Əzizə Cəfərzadə qələmini çox sevirəm. Düşünürəm ki, onun kitabları ilə tanışlığım Azərbaycan ədəbiyyatı ilə bağlı ən xoş “kəşflərdən” biri olub. Aləmdə Səsim Var Mənim müəllifdən oxuduğum üçüncü kitab idi. Əsərlərindəki dil, hadisələrin təqdimatı, obraz və məkan təsvirləri o qədər canlıdır ki, özümü həmin hadisələrin içində hiss edirəm. Bu kitab Seyid Əzim Şirvaninin həyatından bəhs edir. Oxuduqca sanki mən də Şamaxıda onun yanında idim, məktəb açmaq uğrunda din adamları, cahil bir mühit ilə apardığı mübarizənin canlı şahidinə çevrilmişdim. İkinci kitab isə yeni nəşrlərdən olan Eşşəkli Kitabxanaçı dır . Kitab real hadisələr əsasında yazılıb və Türkiyənin bir kəndində kitabxanaçı işləyən Mustafanın hekayəsindən bəhs edir. O, uşaqları kitabla tanış etmək və oxumağı sevdirmək üçün əlindən gələni edir. Mustafa göstərir ki, insan bəzən çox məhdud imkanlarla belə böyük dəyişikliklər yarada bilər. Kitabsevərlər onun zəhmətini daha yaxşı anlayacaq, kitabdan uzaq olanlar isə bəlkə də mütaliənin nə qədər dəyərli olduğunu hiss edəcəklər. Növbəti kitab isə artıq sevdiyim müəlliflər sırasında yer alan Bernard Werber in Kraliçaların Diaqnolı əsəridir. Verberi daha çox elmi-fantastik əsərləri ilə tanıyırdım. Bu kitab isə mənə onun yaradıcılığının başqa tərəfini göstərdi. Əsərdə dünyagörüşləri və həyat prinsipləri tamamilə fərqli olan iki qadının həyatı təsvir olunur. Şahmatdakı ağ və qara fiqurlar kimi bir-birinə zidd olan bu iki obraz hadisələrə və siyasi proseslərə də şahmat
Duygu ve Düşünce
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Gecə düşüncələri
“Bəzən insan susduqca içindəki sözlər daha da artır. Hər gün yeni bir səhifə açılır, amma bəzi xatirələr həmişə bizimlə qalır. Buna baxmayaraq, yaşamağa, ümid etməyə və xəyal qurmağa davam edirik.”
Duygular
Karbala
Kərbəla mənim üçün sadəcə bir şəhər deyil, qəlbimdə xüsusi yeri olan, ruhuma toxunan müqəddəs bir məkandır. 2019-cu ildə o müqəddəs torpaqlara ayaq basmaq mənə nəsib oldu. O gündən bəri Kərbəlanı xatırladıqca qəlbimdə izahı çətin olan duyğular canlanır. Orada hiss etdiyim mənəvi ab-hava, insanların sevgisi, dualar və müqəddəs məkanların verdiyi hüzur tamam başqa idi. İmam Hüseyn əleyhissəlamın şücaəti, haqq uğrunda göstərdiyi misilsiz fədakarlıq, zülmə boyun əyməyən əzmi və Allah yolunda hər şeydən keçməsi məni həmişə heyran edib. Onun həyatı mənim üçün ədalətin, səbirin, ləyaqətin və iman uğrunda mübarizənin ən gözəl nümunəsidir. Hər il Məhərrəm ayında olduğu kimi, bu il də İmam Hüseyn əleyhissəlamın müsibətinə əza saxlayır, Kərbəla müsibətini xatırlayaraq kədərlənir və qəlbən onun dərdi ilə dərdlənirəm. Kərbəla hadisəsi mənim üçün sadəcə tarixi bir hadisə deyil, haqqın və insanlıq dəyərlərinin əbədi simvoludur. 2019-cu ildə o müqəddəs torpaqları ziyarət etmək mənə nəsib olsa da, hər il qəlbimdə yenidən Kərbəla və Nəcəfi ziyarət etmək arzusu yaşayır. Ümid edirəm ki, Uca Allah yenidən o müqəddəs məkanlara qovuşmağı nəsib edər və İmam Hüseyn əleyhissəlamın hüzurunda dua etməyi bir daha qismət edər. Kərbəla mənə öyrətdi ki, haqq yolunda olmaq bəzən çətin olsa da, ən böyük qələbə vicdanını, imanını və ləyaqətini qorumaqdır. Hüseyn əleyhissəlamın adı keçəndə qəlbi titrəməyən, Kərbəlanı xatırlayanda kövrəlməyən bir könül təsəvvür edə bilmirəm. Çünki Kərbəla bir tarix deyil, qəlblərdə yaşayan əbədi bir məktəbdir.
\\Cəlil Məmmədquluzadə: Məni başa düşmürlər, mən də onlara başa düşməyəcəkləri şeylərdən danışmıram. \\Mədinə Abbaszadə: Mən bu qulaqlara görə ağız deyiləm, danışdıqca artıq səsim batıb. Anlamırlar dinləmirlər və buna baxmayaraq məni sakitləşdirməyə çalışırlar.Halbuki mən sakitləşmək istəmirəm, bir dəfə olsun həqiqətən eşidilmək istəyirəm. İçimdə illərlə yığılan sözlər var, amma hər dəfə yarımçıq qalır. Çünki bəzi ağrılar izah edildikcə yox, qarşımdakılar anlamadıqca daha da ağırlaşır.)İnsan bəzən danışmamağı seçmir, sadəcə danışdığı yerdə özünü tapa bilmir. Hər kəs cavab verməyə hazırdır, amma çox az adam dinləməyə. Mən isə məni düzəltməyə çalışanlardan yox, məni anlamağa çalışanlardan yorulmadan danışa bilərdim. İçimdə qopan fırtınaları “keçər” deyə bir cümləyə sığışdırırlar. Halbuki bəzi şeylər keçmir, sadəcə insan onları daşımağa öyrəşir. Mən də çoxdan öyrəşmişəm. Gülümsəməyin arxasında susmağa, susmağın arxasında isə qırılmağa. Bəlkə də problem sözlərimdə deyil. Bəlkə də bəzi hisslərin dili yoxdur. Nə qədər danışsam da, yaşamayan anlamır. Ona görə artıq hər şeyi içimdə saxlayıram. Çünki bəzi yaralar göstərildikcə yox, baxılmadan keçilib gedildikcə daha çox qanayır.
Mən ən ağır günlərimdə belə ağlamağı bacarmamışam. İçimdə sanki sözsüz bir fırtına qopub, hər şey dağılıb, amma o dağıntının səsi çölə çıxmayıb. Boğazımda düyünlənən hiss, sinəmdə sıxılan ağırlıq və nəfəsimə sığmayan kədər arasında ilişib qalmışam. Sanki duyğularım var gücü ilə danışmaq istəyib, amma səsim onlara yol verməyib. Və mən yalnız səssiz göz yaşlarımla anlamışam ki, insan bəzən ən çox ağlayanda belə görünmür, bəzən ən dərin ağrı səssizliyin içində gizlənir. Zaman keçdikcə başa düşdüm ki, bu səssizlik boşluq deyilmiş əksinə, içində dolub daşan, amma çıxış yolu tapmayan bir dünyanın öz diliymiş. Elə anlar var ki, insan nə danışa bilir, nə qışqıra bilir, nə də ağlaya bilir. Sadəcə dayanır və içində baş verənləri kənardan dinləyirmiş kimi olur. Sanki bədən yaşayır, amma ruh bir addım geri çəkilib öz ağrısını uzaqdan izləyir. Bəzən nəfəs alırsan, amma o nəfəs səni yüngülləşdirmir sadəcə vaxtı uzadır. Bəzən gözlərin dolur, amma damcılar düşmür sanki göz yaşları belə qərarsız qalır, hansı yolun azadlıq olduğunu bilmir. Və mən anladım ki, hər kədər özünü göstərmir. Bəziləri insanın içində kölgə kimi yaşayır, səssiz, amma daim orada. Mən çox vaxt elə bilmişəm ki, ağlamaq rahatlıqdır, amma bəzən ağlamaq belə olmur… və insan bu dəfə rahatlığı da itirir. Onda öyrənirsən ki, ən çətin ağrı görünən deyil, ən çətin ağrı hiss ediləndir. Amma ifadə edilə bilməyən. Və yenə də mən içimdə bir şeyi saxlamışam, bütün bu səssizliyin içində belə, mən hələ də hiss edirəm. Çünki hiss etmək bitməyibsə, demək insan da bitməyib. Sadəcə içində bir yer var ki, orada hər şey susub, amma yox olmayıb.