Bəzən yalnış olduğunu dəqiq bildiyin şeyləri etməyə davam edirsən. Bildiyin halda ki, sonra çəkəcəyin ağrı həmin an hiss etdiyin anlıq xoşbəxtlikdən daha ağır və uzun müddətli olacaq. Gəl gör ki, istehzalı bir şəkildə, uzun müddətli ağrıya tab gətirə bilmək üçün yenə qısa müddətli xoşbəxtliyin xatirəsinə ehtiyac duyuruq.
"Həyat qəribə yoldur. Bəzən elə bilirsən, keçdiyin yollardan izlənir silinir, amma elə deyil. Sadəcə unudulmuş kimi görünür. Gün gəlir, o izlər səni səsləyir."
Həmişə bir nəfər bəxtiyar və hökmdar ola bilməz. Dövran bir insanı ucaldıb, ucaldıb birdən an yüksəkdən yerə elə çırpır ki, bir də uçmasına çarə tapılmaz. Bəzən də əksinə, bir insanı illərlə xar edib birdən yüksəldir.
-Bunu bilə-bilə getməyin nə mənası var?
-Əgər getməyə ayrı adam,ayrı yer yoxdursa onda necə olsun? Axı insan gərək harasa gedə bilsin.Bəzən,sadəcə getmək istəyirsən...Fərqi yoxdur hara...