Emma Bovary.. Bu necə vurdumduymaz həyat idi yaşadın, həqiqətən hər sətrində bu qadın nə çox şey yaşadı deyirdim özümə. Həm bu qədər dolu həm də bomboş həyat. Nə uğruna idi? Kitablardakı sevgini axtarmaq uğruna? Halbuki yoldaşın o qədər titrədi üzərinə. Nədən narazı idin? Niyə hamının sənə borcu varmış kimi davranırdın? Borc deyildi səni batağına çəkən? Daha gözəl olabilərdi. Amma öz həyatının qatili sənsən, çünki sən tam bir serial monogamistsən.