Diyojenin Kinik fəlsəfəsi ilk başda gülməli gəlsə də, oxuduğca əslində çox marağlı və diqqət cəlb edici bir yol olduğunu gördüm. Fikrimcə oxumağa dəyər. Şans verilməlidir.
Stefanın kitabları heç bir zaman məni yanıldmadığı kimi bu kitabı da yanıltmadı. ekayədə Avropalı bir həkimin başından keçən və həyatında böyük bir iz qoyan hekayə qələmə alınıb. Oxuduğca həkimin çarəsizliyini, peşimançılığını dibinə qədər hiss etdim. Həqiqətən çox gözəl idi. Bütün oxurların oxumalı olduğunu düşünürəm.
həddindən artıq əsəbləşərək oxuyub bitirdiyim bir kitab oldu. axıcı bir kitab olmasına baxmayaraq belə gec bitirməyimin səbəbi də, məhz ordaki obrazların əsəblərimi korlamasına görə oldu.
Oxuduğum ən gözəl hekayələrdən biri oldu Bir Kuzey Macerası. ilk 8-9 səhifəsinə qədər nə oxuduğumu anlamasam belə 10-cu səhifədən artıq hər şey anlaşılmağa başlamışdı. çox gözəl idi. hər kəsə oxumağını mütləq bir şəkildə tövsiyyə edərəm. bəzən həqiqətən uğruna savaşlar verdiyimiz şeylər gözləntilərimizi qarşılamaz, bizi böyük bir xəyal qırıqlığına itələyər.
çox gecikdirərək oxusam belə çox təsir edici bir kitab oldu mənin üçün. Gregor düşünürəm ki həqiqətən çox əziyyət çəkdi. Gregorun ailəsi isə sadəcə əsəblərimi korladı. çörəkləri dizlərindədi hamısının. bir az əsəbləşərək oxumuşdum ona görə bəzi yerlərini.