Chimnaz

Chimnaz
books, not guns! culture, not violence!
Siz inanmırsınız, amma mən inanıram. Dostoyevskinin və ya Volterin əsərlərində birisi deyir ki, əgər Allah olmasaydı, onu insanlar özü uydurub yaradardılar. Mən qəti sürətdə əminəm ki, ölməzlik ədəbiyyat yoxdursa, böyük insan zəkası buna gec tez nail olacaqdır.
Sayfa 43·Kitabı okudu
Duygular
Reklam
Keçmiş iyrəncdir, bunu yadına salmasan yaxşıdır. Lakin hazırda da hər şey keçmişdəki kimidir.
Sayfa 34·Kitabı okudu
Duygular
Dünyada heç yaxşı bir şey tapılmaz ki, onun ilk mənbəyində murdarlıq olmasın.
Sayfa 23·Kitabı okudu
Hayata Dair
Facts.
Dünyada elə şeylər var ki, onları göz görmür, ürək görür.
İnsan ve Hayat
8/10
·96 syf.··
Beğendi
·
2024 3. kitabı
·
10 günde okudu
·
Okunma: 29 Şubat 2024 22:36
Əkrəm Əylislidən oxuduğum ilk kitab. Kitab iki hissədən - bir povestdən, bir də hekayədən ibarət idi. Birincisi "Metro Vaqonunda Gün İşığı" idi. Bu povest mənə o qədər doğma gəldi ki. Obrazlar sanki Nuri Bilge Ceylan filmlərindən canlanmışdı. Jurnalist olan baş rolun ani qərarla kəndinə qayıtması ilə hər şey başlayırdı. O qayıtdığı kənddə uşaqlığından bəri onu qarabaqara izləyən travmaların bir düyün kimi açılmasının şahidi oldu. Sonda baş obrazımız çox seyleri dərk edərək geri qayıdır. İkinci hekayə - Safsar isə daha çox melonxonik idi. Safsar adlı heyvanın öldürülməsinin obrazda yaratdığı travma fonunda hadisələr inkişaf edirdi. Müqayisədə "Metro Vaqonunda Gün İşığı" daha çox xoşuma gəldi. Ortaq cəhət kimi isə hər iki əsərdə duyulan şirin yumor hissini vurğulamaq olar. Hadisələr, həyatlar, nə qədər mürəkkəb olsa da, yazar ən adi detallarla üzdə təbəssüm yaradırdı.
İnsan ve Hayat
SafsarƏkrəm Əylisli · Qanun Nəşriyyatı · 201844 okunma
Reklam