Chimnaz

Chimnaz
books, not guns! culture, not violence!
Azadlıq mələyinə vurulmuşam!
8/10
·160 syf.··
Beğendi
·
2024 8. kitabı
·
8 günde okudu
·
Okunma: 06 Eylül 2024 01:08
Əhməd bəy Ağaoğlunu bir dəyər kimi milli mətbuata verdiyi töhfələrdən çox yaxşı tanıyırdım. Bu əsərinin xülasəsi ilə də tanış idim. Yazar Sərbəst İnsanlar Ölkəsi adlı bir utopiyaya səfər edir və gördüklərini yazır. Amma kitabın insanda yaratdığı təsürat bundan qat-qat artıq idi. Bir insan azadlığı yalnız bu qədər sevə, bu qədər vurğunu ola bilər. Yalnız bu halda bütün detallar bu qədər incəliklə təsvir olunar. Kitabda azadlığın şərtləri, yaranması üçün mühit, vacib ünsürlər xırda təfərrüatlarına qədər qeyd olunub. Əsərdə şübhəsiz ən çox sevdiyim hissə "böyüklərə necə sayğı göstərilməli" başlığı altındakı fəsil idi. Orada Ağaoğlunun söz sadəliyi barədəki fikirləri məni bir daha bu şəxsə heyran buraxdı. Nə yaxşı ki tariximizdən bir Əhməd bəy Ağaoğlu keçib... Ahmet Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində
İnceleme
Sərbəst İnsanlar ÖlkəsindəAhmet Ağaoğlu · Qanun Nəşriyyatı · 2023205 okunma
Reklam

Chimnaz

, bir kitap okudu
8/10
·160 syf.··
Beğendi
·
8 günde okudu
·
2024 8. kitabı
Ahmet Ağaoğlu
8.6/10 · 205 okunma
Ədalət - mələklərin insanlarda qitbə etdikləri bir iç duyğusudur.
Sayfa 30·Kitabı okudu
böyük həvəslə başladığım kitab. iyrənc tərcümə.
7/10
·448 syf.··
2024 7. kitabı
·
54 günde okudu
·
Okunma: 29 Ağustos 2024 16:22
Üstündə uzuuuuun müddət qaldığım həmin o kitab. Çoxdandır oxumaq istədiyim Nitşeni heç yola vermək fikrim yox idi. Ona görə sətir sətir, cümlə cümlə anlamağa cəhd edirdim. Bərbad tərcümə nə qədər maneə olmağa çalışsa da. Yazardan oxuduğum ilk kitab olduğu üçün onun fəlsəfəsini tamamilə anlamış sayılmaram. Bundan sonra da ona üz tutaram deyə ümid edirəm.
Zərdüşt Belə Söyl­ədiFriedrich Nietzsche · Qanun Nəşriyyatı · 202047,6bin okunma