Mən son zamanlarda çox düşünmüşəm, özü də çoxu sənin haqqında.
- Mənim haqqımda düşünmək səni kədərləndirir?
- Qismən.
- İcazə verin bilək nə üçün, ser?
- Onun üçün ki, sən bu qədər gözəlsən, belə füsunkarsan, həyat isə belə qısadır.
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Gündə iki dəfə iki saat müddətində özümə qapıldım və arzuladığım nəticə, yeni tam bərpa olunmuş onurğa sütunu gözlərim önündə canlandı. Əlbəttə, mən bir müddət əvvəl huşsuz olduğumu və acınacaqlı vəziyyətə düşdüyümü başa düşürdüm. Paradoksaldır.
Sonra birdən anladım: bir insan böhran keçirəndə və ya zədələnəndə, diqqətinin və enerjisinin həddən artıq çox hissəsini istədiyi şeylər barədə düşünmək əvəzinə, istəmədiyi şeylər haqqında düşünür.
Nəyə gərək düşünmək?
Gül,
Hırılda, nəşələn!
Özünü dərdə salır
Çox düşünən,
Çox bilən!
Əsr buramı gəlmiş?..
İnanmıram buna mən!
Bu gün bu dəb, sabah o dəb.
Bu dəb gedir,
o dəb gəlir.
Paltarımız köhnəlməmiş
dəb köhnəlir.
Dəb dəyişir, biz açmamış gözümüzü
Bu dəblərə
Uyğunlaşa-uyğunlaşa
İtiririk özümüzü.
Haqlısan, əksəriyyət dü yaxşı alınır! İndi isə son cümləndən – məsuliyyət beynini işlətməkdən qaçır. Çünki düşünmək insanın üzərinə daha çox məsuliyyət yükləyə bilər və çoxluq da bu yükü daşımaq istəmir, Məsuliyyət güclü insanların işidir. Məsuliyyətdən qaçanlar zəif insanlardır və bizim müzakirə mövzumuz onlar deyil. Mən güclü insanları – dəyişiklik etməyi qərara alan və bu dəyişikliklərdən yarana-caq hər cür məsuliyyətin altına girməyə hazır olan insanları nəzərdə tuturam. Dəyişmək istəməyənlər üçün həyatda sonsuz bəhanələr mövcuddur. Atalarımız demişkən, istəyən min imkan, istəməyən min bəhanə tapar. Mənəvi “check-up”, düşüncəni qıcıq-landıran suallar və ya buna bənzər müxtəlif üsullar dəyişiklik istəyənlər üçün minlərlə fürsət və imkanın çox cüzi bir hissəsidir. Sualının birinci hissəsi barədə isə deyə bilərəm ki, bəli, burada da haqlısan. İnsan bəzən özünə qarşı dürüst olmaya, bəzən də, sadəcə, bu suallara düzgün cavab tapmaqda çətinlik çəkə bilər. O zaman ətrafdakı təmiz aynaların köməyinə müraciət etməlidir.
Ancaq məncə, bu suallar bəzən təsirli olmaya da bilər. Yəni deyək ki, bu suallar yaxşı suallardır. Bəs cavablar? Cavablarımız nə qədər dürüst və səmimi olacaq? Məncə, insan özünə qarşı çox zaman səmimi olmur və verdiyi yanlış cavablarla özü də hiss etmədən özünü aldadır. Bu barədə siz də demişdiniz ki, insan yalan uydurur və bu yalanın ilk müştərisi elə özü olur. Hətta bəzən insan məsuliyyətdən yayınmaq üçün, sadəcə, bu barədə düşünmək istəməyə də bilər. Elə deyilmi?