O, artıq anlamışdı ki, bəzi insanlar öz növündən olan digər insanları heyvan hesab edir və onlarla yola getməyin ən yaxşı üsulu gerçəkdən özünü heyvan kimi aparmaqdan ibarətdir. Təmiz qırxılmış üz və dik baxış şübhə doğurur ki, bunun da sonu cəza ilə qurtarır. Adam qərara gəlmişdi ki, insan zorakı əməl törədəndə öz vicdanının əzab çəkməyinə səbəb olur və buna görə də, o, kimisə mütləq cəzalandırmalıdır
Cəmiyyət isə aralıq pillədir. Cəza-ondan yuxarıda, qisas-ondan aşağıdadır. Nə belə ali, nə belə alçaq iş insanın boyuna deyil; onun vəzifəsi "qisas almaq üçün cəzalandırmaq" deyil, islah etmək üçün tərbiyələndirməkdir.
"O öz özünə dedi ki, onun vurduğu ziyanla ona vurulmuş ziyan arasında heç bir tarazlıq yoxdur. Ona verilən cəza qanunsuz olmasa da,hər halda,ədalətli də deyil."
İş - qanunudur; kim ki, ona darıxdırıcı bir şey kimi baxir, ondan qaçır - sonra iş onun üçün ağır bir cəza olacaq. Sən zəhmətkeş olmaq istəmirsən - onda qul olacaqsan